Kürdəmirdə zavodlar tikilir
Kürdəmir rayonunda “Şilyan massivi” adlanan ərazidəki qış otlaqlarından 6150 hektarının, 10 mart 2017-ci il tarixli 190s saylı Sərəncamı ilə “Muradxan-Pirili massivi” adlanan ərazidəki qış otlaqlarından isə 4463,6 hektarının təyinatı dəyişdirilərək əkin dövriyyəsinə 10613 hektar münbit torpaq sahəsi qatılmışdır. “Marja” xəbər verir ki, bu barədə Kürdəmir rayon İcra Hakimiyyətindən bildirilib.
Təyinatı dəyişmiş torpaqlar öz vəsaitləri hesabına Aqropark yaratmaqla mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkələri qurmaqla qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə taxılçılıq, pambıqçılıq və digər bitkiçilik sahələrinin inkişafına zəmanət verən sahibkarlara icarəyə verilmişdir.
İŞDƏN SONRA İNŞAAT VƏ SƏNAYE MƏHSULLARINA ENDİRİM!
Artıq aqroparklar yaradılmış, onlar tərəfindən bu sahələrin meliorasiya olunması, müasir suvarma sistemləri qurulması, torpağın yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin görülməsi sahəsində işlər aparılır. Bu torpaqların 1000 hektarından çoxu qarğıdalı, soya, qarabaşaq və digər yazlıqların əkini üçün istifadə olunmuşdur. “QLOBAL AQRO” MMC tərəfindən 6 min tonluq saxlama anbarı, yem və yağ emalı zavodlarının tikintisinə başlanılmışdır. Bu müəssisənin işə düşməsi yüzlərlə iş yeri yaranması deməkdir.
Rayonda 3000 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 500 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunmuşdur.
Tərəvəzin örtülü quruntlarda yetişdirilməsi genişləndirilmiş, 8 hektaradək sahədə 37 fiziki və hüququ şəxs tərəfindən 98 istixana təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda 500 tondan çox xiyar və pomidor istehsal edilmiş, bunun 200 tondan çoxu ixraca yönəldilmişdir.
İnvestisiya qoyuluşu məqsədi ilə rayonumuza cəlb edilmiş sahibkarlar tərəfindən bu il Atakişili kəndinin ərazisində 2 hektar sahədə, Beyi kəndi ərazisində 0,40 hektar sahədə müasir istixana tikintisi aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
- 18 d. əvvəl
- 22 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb







.jpg)







.jpg)






