Milli Depozit Mərkəzində investisiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
15 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində (MDM) kapital bazarının iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüşdə MDM-in Müşahidə Şurasının sədri Elçin Əlizadə, Müşahidə Şurası sədrinin müavini Umeyra İbrahimova, MDM-in İdarə Heyəti və investisiya şirkətlərinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı açılış nitqi ilə çıxış edən Elçin Əlizadə tədbir iştirakçılarını salamlayaraq kapital bazarının inkişafı isqamətində nəzərdə tutulan tədbirlər barədə qısa məlumat verib və bu sahədə bazar iştirakçıları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra bir sıra statistik məlumatları, o cümlədən birja, birjadankənar əqdlər üzrə hesabatı və ilk dəfə olaraq iqtisadi zonalar üzrə investorlar barədə hesabatı əks etdirən qısa təqdimat investisiya şirkətlərinin nümayəndələrinin diqqətinə çatdırılıb.
Sonda kapital bazarının inkişafı məqsədi ilə təsdiq olunmuş strategiyalarda müəyyən edilmiş hədəflər müzakirə olunub və müvafiq mövzular ətrafında tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb, bu cür görüşlərin mütəmadi keçirilməsi razılaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























