Mis bahalaşır - birja qiyməti son 11 ayda ilk dəfə 9 min dolları keçib
Treyderlər qarşıdakı həftələrdə Zambiyadakı mis mədənlərində fasilələrin olacağını istisna etmirlər.Mövcud quraqlıq nəticəsində elektrik enerjisi çatışmazlığı ilə üzləşən Zambiyanın mədənçıxarma sənayesində vəziyyətlə bağlı artan narahatlıqlar fonunda misin qiyməti London Metal Birjasında (LME) son 11 ayda ilk dəfə olaraq bir ton üçün 9 min dolları ötüb.
Marja.az xəbər verir ki, treyderlər yaxın həftələrdə Zambiyada mis mədənlərinin işində fasilələrin yarana biləcəyini istisna etmirlər. Zambiya hakimiyyəti fevralın 29-da şiddətli quraqlıq səbəbindən milli fəlakət elan edib. Böyük məhsul itkiləri ilə yanaşı, quraqlıq çayların səviyyəsinin aşağı düşməsinə səbəb olub ki, bu da su elektrik stansiyalarında enerji istehsalının sürətlə azalmasına səbəb olmaqda davam edir.
Avstraliyanın "Macquarie" maliyyə qrupunun mütəxəssisləri hesab edirlər ki, bu il dünya bazarında həm mis konsentratı, həm də təmizlənmiş metal qıtlığı yaranacaq. Onların hesablamalarına görə, 2024-cü ilin üçüncü rübündə bir ton misin qiyməti pik həddinə - 9,5 min dollara çatacaq.
Citibank-ın analitikləri 2025-ci ilə qədər misin bir tonunun qiymətinin 15 min dollara çatacağını istisna etmirlər. Onların fikrincə, misə qlobal tələbatın artmasına bir çox ölkələrin həyata keçirməyə başladığı enerji keçidi təkan verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















