Xalq Bankdan hüquqi şəxs və sahibkarlar üçün QR kodla ödəniş qəbulu
(®) Öz fəaliyyətində müştəri məmnuniyyətini hədəfləmiş Xalq Bank təqdim etdiyi məhsul və xidmətlər üzrə innovativ həlləri uğurla tətbiq etməyə davam edir.
Bank bu dəfə biznes üçün müasir nağdsız ödəniş üsullarından olan QR kodla ödəniş xidmətini istifadəyə verir. Bu ödəniş üsulu biznes sahiblərinə rahat, sürətli və təhlükəsiz xidmətdən istifadə imkanı təqdim edir. Belə ki, xidmətdən yararlanan sahibkar POS-terminal vasitəsilə və ya XalqOnline tətbiqi üzərindən QR kodu oxudaraq satış zamanı ödənişləri rahat şəkildə qəbul edə biləcək. Ödənilmiş məbləğ real rejimdə təsərrüfat subyektinin Xalq Bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən dərhal istifadə edilməsini mümkün edir. Xidmətin bir üstünlüyü də ondan ibarətdir ki, Xalq Bank müştərisi olmaqla, sahibkar AÖS-ə qoşulmuş və AZQR standartını dəstəkləyən bütün bankların müştərilərindən QR kodla nağdsız ödənişləri qəbul edə biləcək.
Bu rəqəmsal həllin kart sahibləri üçün üstünlüyü isə ödəmə metodunda seçim və istifadənin sadə olmasıdır. QR koddan istifadə ödənişin nağd pul və ya bank kartının iştirakı olmadan aparılmasına imkan verir. Kart sahibi alış-veriş edərkən satış məntəqəsində təqdim edilən QR kodu mobil tətbiq ilə skan edir və ödənişi rahatlıqla həyata keçirir. Qeyd edək ki, Xalq Bank müştəriləri QR kodla ödənişi həm kart hesabı, həm də cari hesab vasitəsilə apara bilərlər.
Həmçinin QR kod vasitəsilə XalqOnline istifadəçiləri bir-birinə rahatlıqla pul göndərmək və ya qəbul etmək imkanından da yararlana bilərlər. Bunun üçün müştəri tətbiqdə ödəniş qəbulu üçün QR kod yaradır və qarşı tərəfə göndərir, yaxud ona göndərilmiş QR kodu tətbiqdə oxudaraq vəsaiti hesabına yönləndirə bilir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 26 d. əvvəl
- 35 d. əvvəl
-
46 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma












.jpg)







.jpg)





