HSBC Türkiyə üçün inflyasiya proqnozunu artırıb
HSBC Türkiyə üçün 2024-cü il üzrə inflyasiya proqnozunu 47,9 faizdən 49,4 faizə yüksəldib.Seçkilərdən sonra Türkiyədə siyasətlərdə böyük dəyişiklik nəzərdə tutmayan qlobal bank HSBC, Türkiyə ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib.
Marja xəbər verir ki, bank, 2024-cü il üçün inflyasiya proqnozunu 47,9 faizdən 49,4 faizə yüksəldib. 2025-ci il üçün inflyasiya proqnozu 29 faiz səviyyəsində qalıb.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) son inflyasiya hesabatında 2024-cü il sonu proqnozu 36% olaraq qeyd olunub.
HSBC Türkiyənin iqtisadi artım proqnozlarına da yenidən baxıb. Müvafiq olaraq, 2024-cü il üçün iqtisadi artım proqnozu 2,5 faizdən 3,1 faizə yüksəldilib. 2025-ci il üçün gözlənti 3,5 faizdən 3,6 faizə qaldırılıb.
HSBC 2024-cü il üçün TCMB-nin uçot dərəcəsi proqnozunu 45 faiz səviyyəsində saxlasa da, artım ehtimalına da diqqət çəkib. Bank inflyasiya proqnozlarını nəzərə alaraq, yalnız 2025-ci ilin birinci rübündə faiz dərəcələrinin azaldılması üçün imkanların olacağını bildirib.
HSBC, "Daha da sərt pul siyasəti iqtisadiyyatın daha tez soyumasına kömək edəcək, lakin biz mərhələli bir yanaşma gözləməyə davam edirik", - bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























