Azərbaycan hasil etdiyi qazın yarısını ixrac edib
Bu ilin yanvar-fevral ayları üzrə qaz hasilatı artıb2024-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, iki ay ərzində respublikada 8,2 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, qazın 2,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 4,5 milyard kubmetri “Şahdəniz”, 0,3 milyard kubmetri “Abşeron”, 1,3 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 240 milyon kubmetr artımla qaz hasil edilib.
Bu dövrdə xaricə qaz satışı 4,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir. Avropaya 2,1 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,8 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 218,5 milyard kubmetr, “Şahdəniz”dən isə 213,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 151,5 milyard kubmetri ixraca nəql edilib.
2024-cü ilin yanvar-fevral ayları üzrə ölkədə 4,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 2,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in, 96 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.
İki ay ərzində 3,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,4 milyon tonu konsorsiumun, 0,5 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2024-cü il tarixinədək 632,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 587,5 milyon ton neft, “Şahdəniz”dən isə 45,2 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 mart 2024-cü il tarixinədək 630,7 milyon tonu ixraca nəql edilib.
2024-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon tona yaxın təşkil edib.
XXX
Bu ilin yanvar - fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,9 mln. ton olub.
Energetika naziri Pərviz Şahbazovun "X" sosial şəbəkəsində paylaşdığı məlumatlara görə, bu dövrdə 240 mln.m3 artımla hasil edilmiş 8,2 mlrd.m3 qazın 4,1 mlrd.m3-i ixrac olunub.
Bu ilin yanvar - fevral aylarında Avropaya 2,1 mlrd.m3, Türkiyəyə 1,4 mlrd.m3, Gürcüstana isə 0.6 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0.8 mlrd.m3 qaz nəql edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)

