Saudi Aramco-nun 2023-cü ildə xalis mənfəəti 25% azalıb
Səudiyyə Ərəbistanının neft şirkəti Saudi Aramco-nun 2023-cü ilin yanvar-dekabr aylarında xalis mənfəəti 2022-ci ildəki 161,07 milyard dollara qarşı 121,27 milyard dollar təşkil edib. Neftin ucuzlaşması fonunda göstərici 24,8% azalıb. Eyni zamanda, Saudi Aramco qeyd edir ki, 2023-cü il üçün mənfəət şirkətin tarixində ikinci ən yüksək gəlirdir. Xalis mənfəət üzrə rekord 2022-ci ildə müəyyən edilib.Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti 2023-cü ildə 121,3 milyard dollar xalis mənfəət əldə edib ki, bu da 2022-ci ilin rekordundan (161,1 milyard dollar) 25% azdır, lakin şirkətin tarixində ikinci ən yüksək xalis mənfəətdir.
Marja.az xəbər verir ki, xalis mənfəətin azalması xam neftin qiymətinin və satış həcminin aşağı düşməsi ilə əlaqədardır. Həmçinin xalis mənfəətin azalmasına aşağı emalı və kimya marjaları da səbəb olub.
Şirkətin sərbəst pul vəsaiti keçən il 101,2 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə (148,5 milyard dollar) müqayisədə təxminən 30% azdır. “Saudi Aramco”nun əsaslı xərcləri 38,8 milyard dollardan 49,7 milyard dollara yüksəlib.
Saudi Aramco-nun 2023-cü ildə orta hesabla karbohidrogen hasilatı səviyyəsi gündəlik 12,8 milyon barel olub (2022-ci illə müqayisədə 7,7% az).
Səudiyyə Aramco-nun dividend ödənişləri 30% artaraq 97,8 milyard dollar təşkil edib.
Ötən ilin may ayından Səudiyyə Ərəbistanı OPEC + sazişləri çərçivəsində könüllü olaraq neft hasilatını azaldıb.
Şirkətin baş icraçı direktoru Amin Nasser bildirib ki, Saudi Aramco-nun “dayanıqlığı və çevikliyi” iqtisadi çətinliklərə baxmayaraq, güclü gəlirliliyə və sağlam pul axınına töhfə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























