Qızılın qiymətində yeni rekord - DAHA DA BAHALAŞDI
ABŞ-da proqnozları üstələyən kənd təsərrüfatı xaric məşğulluq məlumatlarının ardından qızılın unsiyasının qiyməti 1% də artaraq yeni rekord qırıb.ABŞ-da güclü məşğulluq məlumatları FED-in qısa müddətdə faizləri azaltmağa başlayacağı gözləntilərini gücləndirdiyindən qızılın qiyməti yeni rekord qırıb.
Marja.az xəbər verir ki, qiymətli metal 1,2 faiz də bahalaşaraq unsiyası 2188,50 dollara yüksəlib və bununla da ardıcıl 8-ci gün bahalaşmaqda davam edib.
İnvestorların faiz endirimi gözləmələri qızıl qiymətlərini dəstəkləyir. Son bir ildə qızıl 19% bahalaşıb.
ABŞ-da kənd təsərrüfatı sektoru xaric məşğulluq fevral ayında 275 min nəfər artıb. Proqnoz 200 min nəfər artım idi. Maaş artımları da mülayimləşib ki, bu da iqtisadi inkişafın sağlam olduğunu göstərir.
Yaxın Şərqdəki münaqişələr və Ukraynadakı müharibə kimi geosiyasi gərginliklər də “təhlükəsiz sığınacaq” olaraq görülən qızılı dəstəkləyən amillər sırasındadır. Mərkəzi banklar, xüsusən də Çin qızıl almağa davam edir.
Analitiklər bu il qızılın daha da bahalaşacağını gözləyirlər. ABŞ-da geosiyasi qeyri-müəyyənliklər, davam edən müharibələr və seçkilər qızılı dəstəkləməyə davam edəcək. Qızıl qeyri-sabitlik dövründə qorunmaq üçün investorlar üçün daha cəlbedici olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















