Qeydiyyata alınmış aqroparklar üzrə göstəricilər açıqlandı
İnnovativ texnologiyalar tətbiq edilən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha (ölkə üzrə 3,2 ton), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton), şəkər çuğunduru üzrə isə 80 ton/ha-dır (ölkə üzrə 43 ton/ha).
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2023-cü ilin əvvəlindən etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, bununla əlaqədar 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb. Hazırda 22 aqropark fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır.
Qeydiyyata alınmış aqroparklarda 2023-cü ildə buğda istehsalı 41 min ton, arpa istehsalı 24 min ton, dən qarğıdalı istehsalı 31 min ton, şəkər çuğunduru istehsalı 78 min ton, kartof istehsalı 14 min ton, soya istehsalı 1.2 min ton, pambıq istehsalı 11 min ton, silos üçün qarğıdalı istehsalı 52 min ton və yonca istehsalı 11 min ton olub. İstehsal olunan 41 min ton buğdanın 66%-i ərzaqlıq, 18%-i toxumluq, 16%-i yemlik buğda olub. Bundan əlavə, 2023-cü ildə aqroparklar tərəfindən 96 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Aqroparklarda yeni intensiv və superintensiv meyvə bağlarının sahələri fındıq üzrə 3700 ha, badam üzrə 983 ha, nar üzrə 337 ha, alma üzrə 202 ha, gilas üzrə 156 ha, üzüm üzrə 127 ha və müxtəlif növ meyvə bağları üzrə isə 468 ha olmaqla, ümumilikdə 5973 ha təşkil edib. Aqroparklarda salınan fındıq bağı ölkədə sahəsinə görə ən böyük intensiv bağdır.
Aqroparklarda müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı müəyyən işlər həyata keçirilir, müasir suvarmanın tətbiq edilməsi əlavə su itkisinin qarşısının alınmasına gətirib çıxarır. Belə ki, aqroparkların əkin sahələrinin 16.3 min ha pivot, 6.1 min ha damlama, 1 min ha sprinkler vasitəsi ilə suvarılır.
İnnovativ texnologiyalar tətbiq edilən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha (ölkə üzrə 3,2 ton), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton), şəkər çuğunduru üzrə isə 80 ton/ha-dır (ölkə üzrə 43 ton/ha). Bundan əlavə, aqroparklarda 47 min kubmetr tutumunda soyuducu və 142 min kubmetr tutumunda müasir taxıl anbarı kompleksləri mövcuddur.
2023-cü ildə qeydiyyatı aparılmış aqroparklar tərəfindən 36.1 min ton süd və 1.3 min ton ət istehsal olunub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 d. əvvəl
“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
-
26 d. əvvəl
"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 37 d. əvvəl
-
47 d. əvvəl
Azərbaycanın mühəndislik şirkəti 10 milyon manatdan çox xalis mənfəət əldə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
AYİB: ABŞ tarifləri Azərbaycanda ən çox alüminium ixracına təsir edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
1 saat əvvəl
Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ
-
1 saat əvvəl
Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
- 2 saat əvvəl
Son Xəbərlər

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək

"Port Baku"nun yanında metro stansiyası olacaq

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ
Ən çox oxunanlar

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb

BYD Avropada Tesla-nı ardıcıl ikinci aydır geridə qoyur

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub

“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
