Meyvə bağlarını və yonca sahəsini necə sığortalamaq olar?
Aqrar Sığorta fondu və Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə fermerlərlə görüş keçirilib.
Fondun yaydığı məlumatda bildirilir ki, görüşdə aqrar sığorta mexanizmi, onun üstünlükləri və fermerlər üçün əhəmiyyəti barədə geniş məlumat verilib.
Ucar rayon icra hakimiyyəti başçısının müavini Vaqif Mehdiyev bildirib ki, Ucarda çoxsaylı meyvə bağları var, rayonun 31 min hektardan artıq əkin ərazisinin 14 min hektarı taxıl bitkiləri, 17 min hektar isə digər bitkilərin payına düşür.
Görüşdə bildirilib ki, aqrar sığorta vasitəsilə əkin sahələri, taxıl zəmiləri, tərəvəz və bostan bitkiləri, eləcə də meyvə bağları olmaqla ümumilikdə 48 məhsul sığorta edilir.
Qeyd edilib ki, Ucar rayonunun yerləşdiyi Mərkəzi Aran regionu ölkədə ən aşağı sığorta tarifi olan bölgələrdəndir. Eyni zamanda fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-ni dövlət özü ödəyir.
Nəticədə bu bölgədə 1000 manatlıq məhsulu olan buğda sahəsinin sığortası cəmi 7,4 manata, arpa sahəsinin sığortası 9 manata başa gəlir.
Tədbirdə təsərrüfat sahiblərinə xüsusilə meyvə bağlarının və kənd təsərrüfatı heyvanlarının sığortası ətraflı izah edilib. Bildirilib ki, 1000 manatlıq nar məhsulunun baza zərfi ilə çoxsaylı risklərdən sığortası 16 manata, xurma məhsulunun sığortası isə 22 manata başa gəlir. Bu rəqəm heyva məhsulunda 26 manat, alça bağları üçün isə 34 manat təşkil edir. Eyni zamanda fermerlərə yonca əkinlərinin sığorta şərtləri və baş verən hadisələrə görə, sığorta ödənişi qaydaları izah edilib.
Bildirilib ki, aqrar sığorta mexanizmi meyvə bağlarını müxtəlif risklərdən – dolu, sel-subasma, fırtına, qasırğa, normadan artıq yağıntı, yanğın, 3-cü şəxslərin hərəkətlərindən sığorta edir. Bundan başqa, əlavə ödənişlə, şaxtavurma (donvurma), dolu nəticəsində keyfiyyət itkisi kimi risklərdən də sığortalanmaq olar.
Tədbirdə bildirilib ki, aqrar sığorta vasitəsilə iribuynuzlu və xırda buynuzlu mal-qaranı da sığortalamaq mümkündür. Əkin sahələrində olduğu kimi, heyvandarlıq sığortasında da sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir.
Bir qədər əvvəl Aqrar Sığorta Fondunun idarə heyətinin qərarı ilə heyvandarlıq sığortası üzrə tariflər azaldılaraq 5,2-8,2%-ə endirilib. Nəticədə hazırda 1000 manatlıq iribuynuzlu heyvanın sığortalanması fermerlərə cəmi 26 manata, 300 manatlıq xırdabuynuzlu heyvanın sığortası isə cəmi 7 manata başa gəlir.
Tədbirdə qeyd edilib ki, fermerlər aqrar sığortadan faydalanmağa başlayıblar. 2023-cü ildə Aqrar Sığorta Fondu tərəfindən əkin sahələrinə, bağçılıq və heyvandarlıq təsərrüfatlarına dəyən zərər üzrə fermerlərə ümumilikdə 4,4 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu, 2022-ci illə müqayisədə 80 % artıqdır.
İcra hakimiyyətinin rəhbərliyi və Aqrar Sığorta Fondunun nümaynədələri fermerləri dövlətin bu sahədəyi dəstəyindən faydalanmağa və təsərrüfatlarını sərfəli şərtlərlə sığorta etməyə dəvət ediblər.
Görüşdə fermerlə meyvə bağlarının, heyvanların və yonca bitkisinin sığortalanması üzrə çoxsaylı suallar qaldırıblar və bütün suallar ətraflı cavablandırılıb.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 20 d. əvvəl
- 49 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



























