Bakıda bölgələrdən gələn 12 yeni startap layihəsi təqdim olunub
1 500-dən çox gənci bir araya gətirən regional “INNOSTART” layihəsinin yekun tədbirində 12 yeni startap texnoloji həllərini nümayiş etdirib.
“INNOSTART” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, 2023-cü ilin may ayında başlayan “INNOSTART” çərçivəsində ölkənin 6 regionunda ümumilikdə 33 tədbir olmaqla innovativ sahibkarlıq və mentorluq üzrə silsilə təlimlər, habelə startap inkubasiya proqramı keçirilib.
Layihənin yekun “Demo Day” tədbiri 19 fevral tarixində baş tutub. Proqramın məzunları və regional universitetlərin nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan İRİA-nın sədri İnarə Vəliyeva təlimlərin region gənclərinin innovativ potensialının üzə çıxarılması baxımından müstəsna əhəmiyyətini vurğulayıb. “Bu layihə Azərbaycanın bölgələrində yaşayan hər bir gəncə innovativ ideyasını reallığa çevirmək üçün böyük imkanlar yaradır və startap quruculuğu üzrə resursları əlçatan edir”, - deyə Agentliyin sədri bildirib.
Çıxışı zamanı “SUP.VC” innovasiya şirkətinin icraçı direktoru Rəşad Eyvazov qeyd edib ki, “INNOSTART” layihəsi hər bir regionun unikal ehtiyaclarını qarşılayacaq innovativ sahibkarlıq fürsətləri yaradır. Bundan əlavə, bu layihə sayəsində startap təsisçiləri öz komandalarına çatışmayan komanda üzvlərini cəlb edə biliblər.
Daha sonra layihədə iştirak etmiş region startapları çoxistiqamətli texnoloji həlləri nümayiş etdirən təqdimatlarla çıxış ediblər. Layihələr xidmət sektoru (məşğulluq, yemək çatdırılması, avtomobil icarəsi və s.), elektron ticarət, aqrobiznes həlləri və təhsil texnologiyası kimi sahələri əhatə edir.
Təlimlər silsiləsindən ibarət proqram Şəki, Zaqatala, Mingəçevir, Gəncə, Sumqayıt və Lənkəranda keçirilib. “INNOSTART”ın mentorluq istiqaməti isə regionlarda innovasiya yönümlü layihələr üçün 18 yeni mentor yetişdirib.
Qeyd edək ki, “INNOSTART” layihəsinin əsas məqsədi ölkəmizin bölgələrində startap quruculuğu üzrə maariflənməni gücləndirməkdir. Təlimlərdə startap komandaları ideyanın biznesə çevrilməsi və inkişaf etdirilməsi, innovativ fəaliyyətin ölkə iqtisadiyyatına verdiyi faydalar haqqında aktual biliklər əldə ediblər. Bununla yanaşı, təlimlərin iştirakçıları startap quruculuğunun müxtəlif aspektlərini və ən qabaqcıl beynəlxalq təcrübəni özündə birləşdirən praktiki tapşırıqları yerinə yetirməklə mühüm bacarıqlara yiyələniblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
15 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
54 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı



















