İllik gəliri 20 milyondan yüksək olan Azərbaycan şirkətləri üçün müsabiqə başladı - UNİKAL FÜRSƏT
“PAŞA Bank”ın dəstəyi ilə “Best Managed Companies Azerbaijan 2024”ün 2-ci mərhələsinə start verildi(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və “Deloitte Azərbaycan”ın tərəfdaşlığı ilə keçirilən “Best Managed Companies Azerbaijan 2024” biznes müsabiqəsinin ikinci mərhələsinə start verilib.
Qeyd edək ki, müsabiqənin ikinici mərhələsi çərçivəsində iştirakçı şirkətlərlə işgüzar görüşlər keçirilir və bu layihənin əsas qiymətləndirmə meyarlarına uyğun müzakirələr aparılır. Təlimlər zamanı xüsusi tərtib edilmiş suallar cavablandırılır, beynəlxalq miqyasda fəaliyyət göstərən şirkətlərə məxsus təcrübə və məlumat paylaşılır. Məhz bu mərhələdə iştirakçı şirkətlərin bütün potensialı aşkarlanır.
Müsabiqənin qaydalarına əsasən iştirakçı şirkətlərin idarə edilməsi müstəqil münsiflər heyəti tərəfindən dörd meyar - strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri əsasında dəyərləndirilir.
Beləliklə, layihənin əsas məqsədi Azərbaycan bazarında fəaliyyət göstərən şirkətlərin rəqabətə davamlılığının gücləndirilməsi, biznes subyektlərinin korporativ idarə edilməsi, insan resursları, likvidlik və kapitalın idarəolunması sahələrinin təkmilləşdirilməsinə dəstək olmaq və bununla da ölkənin biznes mühitinin inkişafına töhfə verməkdir.
“Best Managed Companies Azerbaijan” layihəsi illik gəliri 20 milyon AZN-dən yüksək olan, özəl sektorda çalışan qabaqcıl Azərbaycan şirkətlərinin uğurlarını yerli bazarda və beynəlxalq arenada tanıtmaq üçün unikal bir fürsətdir. Bu platforma Azərbaycanın biznes icması üçün bilik və təcrübəni paylaşmağa, dayanıqlı inkişaf prinsiplərinə önəm verən şirkətlərin bazarda tanınmasına və onların beynəlxalq biznes mühitinə inteqrasiya olmasına imkanlar yaradır. Müsabiqənin qalibləri “Best Managed Companies” beynəlxalq şirkətlər şəbəkəsinə qoşulub dünyaca məşhur şirkətlər siyahısında yer alırlar.
“PAŞA Bank”ın və “Deloitte” şirkətinin sıx əməkdaşlığı nəticəsində 2021-ci ildən Azərbaycanda keçirilən bu müsabiqədə ümumilikdə 40-a yaxın şirkət iştirak edib və 5 şirkət “Best Managed Companies Azerbaijan” titulu ilə təltif edilmişdir. Bu şirkətlər iki il ardıcıl olaraq qalib olan “METAK” və “Veysəloğlu Şirkətlər Qrupu”, 2022-ci il ildə ilk dəfə iştirak edərək qalib olan “SƏBA” və 2023-cü ildə ilk dəfə qalib olan “AVRORA Qrup” və “NORM Sement” şirkətləridir. Müsabiqənin builki sponsorları “PAŞA Bank” və “Deloitte Private”, tərəfdaşları Sahibkarlığın İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır.
“Best Managed Companies” mükafat proqramı 1993-cü ildə Kanadada “Deloitte Private” tərəfindən yaradılıb. Bu günə kimi nüfuzlu biznes mükafatı proqramı kimi tanınan layihə 46 ölkədə həyata keçirilir. Buraya Çin, ABŞ, cənub-şərqi Asiya, Hollandiya, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat sonra
- 47 d. sonra
- 13 d. əvvəl
-
-
23 d. əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
48 d. əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
57 d. əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib























