Kərkük-Bakı-Kərkük aviareysi açıldı - İLK UÇUŞ BAŞ TUTDU
İraqın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportuna daha bir istiqamətdə müntəzəm reyslər yerinə yetirməyə başlayır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinidən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, 2 fevral tarixindən etibarən “Iraqi Airways” həftədə bir dəfə Kərkük-Bakı-Kərkük marşrutu üzrə uçuşlar həyata keçirəcək.
İraq aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 13:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
“Bakı hava limanı bütün sərnişinləri üçün xoş və təhlükəsiz mühit yaratmağa çalışır və geniş xidmət növləri təklif edir. Azərbaycan və İraq arasında hava əlaqələrinin genişləndirilməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcək”, - deyə aeroportunun direktoru Teymur Həsənov bildirib.
Xatırladaq ki, Azərbaycan və İraq paytaxtları arasında ilk birbaşa reys artıq 2023-cü il noyabrın 19-da həyata keçirilib.
Uçuşlar haqqında daha ətraflı məlumatla sərnişinlər aviaşirkətin www.flyiraqiairways.com rəsmi saytında tanış ola bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 14 d. əvvəl
-
14 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 30 d. əvvəl
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN



















