Xankəndidə biznes qurmaq üçün müraciət edənlərin sayı açıqlanıb
Antiterror əməliyyatı nəticəsində işğaldan azad edilmiş ərazilər, o cümlədən Xankəndi şəhərində biznesin inkişafı ilə bağlı sahibkarlıq subyektlərinə edilən müraciətlərə cavab olaraq ümumilikdə 107 hüquqi və fiziki şəxs müraciət edib.
Bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
O bildirib ki, sözügedən ərazilərdə sahibkarlığın inkişafı üçün aparılan işlər üç şərti istiqamətə ayrılır:
“Birinci istiqamət gündəlik həyat üçün tələb edilən sahələrdə sahibkarlıq subyektlərinin yaradılmasıdır. Söhbət ticarət, ictimai iaşə, məişət xidməti, yanacaqdoldurma, nəqliyyat vasitələrinə texniki servisin göstərilməsi və digər sahələrdən gedir. Bu istiqamətdə artıq Xankəndidə iki yanacaqdoldurma məntəqəsi, iki market, bir mobil operator və bir çörək bişirmə sexi fəaliyyətə başlayıb. Həmin obyektlərdə 23 nəfər işlə təmin edilib. Onlardan 5-i məcburi köçkündür. Fevralın sonuna kimi daha iki yanacaq doldurma məntəqəsi, bir mobil operatoru, bir market, bir yükdaşıma və evakuasiya xidməti, bir bərbər salonu və bir aptekin fəaliyyətinin bərpa edilməsi ilə 40-a yaxın yeni iş yerinin açılması təmin ediləcək”.
M. Eynullayev qeyd edib ki, ikinci istiqamət ərazidə olan tikinti materiallarının istehsalı və emalı müəssisələrinin fəaliyyətinin bərpa edilməsi yolu regionda aparılan tikinti-quruculuq və bərpa işlərinin sürətləndirilməsinə, xammal ilə təminatın yaxşılaşdırılması və işlərin maya dəyərinin aşağı salınmasına nail olmaqla dövlət büdcəsinə qənaət etmək məqsədini daşıyır:
“Hazırda iki beton istehsalı və üç daş-qranit sexləri üzrə operator seçilib. Onlarla müqavilələr bağlanılır. Martın sonuna qədər bu müəssisələrin fəaliyyətinin bərpası və 50-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Üçüncü istiqamət üzrə həmin ərazidə yerləşən kənd təsərrüfatı məhsullarının emalı və quşçuluq-heyvandarlıq kompleksinin fəaliyyətinin bərpa edilməsini nəzərdə tutulub. Hazırda iki heyvandarlıq təsərrüfatının bərpası istiqamətində operatorlar seçilib. Onların da hazırlıq işləri martın sonuna qədər yekunlaşacaq. İlkin mərhələdə 40-dan artıq yeni iş yerinin açılması planlaşdırılır”.
© “Report”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 12 d. əvvəl
-
- 31 d. əvvəl
-
52 d. əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
57 d. əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
1 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb























