AZAL-ın payı 42,5 faiz, 41 aviaşirkətin payı 57,5 faiz olub - AZAL AĞALIQ EDİR
Bakı hava limanında 2023-cü ildə sərnişin axını tarixi səviyyəyə çatıb
Ölkənin əsas hava qovşağı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsi 2023-cü ildə rekord həddə yüksəlib - 5,85 milyondan çox sərnişinə xidmət göstərilib.
Marja.az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, bu göstərici 4,4 milyon sərnişinin daşındığı 2022-ci ilin nəticəsindən 33% çoxdur. Sərnişin axınının pik həddi avqustun 13-də qeydə alınıb – 24 274 nəfər.
2023-cü ildə Bakı aeroportunda beynəlxalq reyslərdə 5,13 milyon sərnişinə xidmət göstərilib. Bunun da 42,5%-i AZAL-ın, qalan 57,5%-i isə xarici aviadaşıyıcıların payına düşüb.
Hesabat dövründə milli aviadaşıyıcı beynəlxalq istiqamətlərdə 2,18 milyon sərnişin daşıyıb. Naxçıvan istiqamətində daşınan sərnişinlərin sayı isə 717 min nəfər təşkil edib ki, bu da 2022-ci ildəki 684 min sərnişinlə müqayisədə artım deməkdir. Bu marşrut üzrə sərnişin axınının pik həddi iyulda qeyd olunub, həmin ay 92 mindən çox sərnişinə xidmət göstərilib.
Bakı hava limanına uçuş həyata keçirən 18-i aşağıbüdcəli olmaqla, 41 aviaşirkətdən “Turkish Airlines”, “AnadoluJet”, “Utair”, “Aeroflot”, “Fly Dubai”, “Wizz Air Abu-Dhabi”, “Pegasus”, “Azimut”, “Air Arabia” və “Iraero” ən çox sərnişin daşıyıb. Ən populyar xarici istiqamətlər İstanbul, Moskva, Tbilisi, Dubay və Əbu-Dabi olub. Ümumilikdə, 2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan 80-ə yaxın müxtəlif istiqamətə 49,3 mindən çox reys yerinə yetirilib.
“Bakı aeroportunda tranzit sərnişinlərin sayı da 2022-ci illə müqayisədə 142% artıb – 162 mindən çox sərnişinə xidmət göstərilib. Yeni xarici aviaşirkətlərin cəlb edilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və hava limanında aparılan infrastruktur işləri bütün sərnişinlər üçün daşımaların əlçatanlığını xeyli yaxşılaşdırıb”, - deyə Bakı hava limanın direktoru Teymur Həsənov vurğulayıb.
Qeyd edilib ki, sərnişin təcrübəsinin təkmilləşdirilməsi məqsədilə 2023-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda bir sıra yeniliklər, o cümlədən nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parkinq üçün müxtəlif ödəniş üsullarını təmin edən innovativ xidmət, uçuş öncəsi rəsmiləşdirmə prosesini asanlaşdıran və sürətləndirən Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (TDAS) tətbiq edilib.
Qeyd edək ki, hasabat ilində ölkənin regional hava limanlarında da sərnişindaşımada müsbət dinamika müşahidə olunub, Naxçıvan Beynəlxalq Aeroportunda 744 min, Gəncədə 218 min, Lənkəranda isə 16 mindən çox sərnişinə xidmət göstərilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
17 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
