Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri”ni təsdiq edib.
Ölkəmizdə rəqabətli və keyfiyyətli telekommunikasiya bazarının formalaşmasına xidmət edən normativ hüquqi akt bu sahədə olan bir sıra beynəlxalq standartlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Avropa Telekommunikasiya Standartları İnstitutunun (ATSİ) tövsiyələrinə uyğun hazırlanıb.
Sənəd telefon (məftilli) və sellülar (mobil) rabitə, internet xidmətləri, eləcə də bu xidmətlər üzrə müştəri xidmətlərinə dair xidmət keyfiyyət göstəricilərini müəyyən etməklə provayder və operatorların göstərdikləri xidmətin keyfiyyətinin təmin edilməsini və bu göstəricilərin tələb olunan səviyyədən aşağı olmamasını tələb edir.
Bu da öz növbəsində ümumilikdə müştəri məmnuniyyətinin artırılmasına, həmçinin sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradacaq.
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) müvafiq xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi və yüksəldilməsi ilə bağlı tədbirlər görməkdə davam edəcək.
Qeyd edək ki, İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 34 d. əvvəl
-
38 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
52 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı






















