“AzerGold” illik 6 faiz ilə 20 milyon dollar borc alır
Dollarda pulunuz varsa “AzerGold”a borca verib, illik 6% qazana bilərsiniz.“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 200 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır.
Marja.az buraxılışın Emissiya prospektinə istinadən xəbər verir ki, istiqrazlar üzrə illik faiz dərəcəsi 6 faiz təşkil edir.
İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 3 il müddətində, ildə günlərin sayı 360 olaraq götürülməklə hər 90 təqvim günündən bir ödəniləcəkdir. Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçiriləcəkdir. İstiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birlikdə ödəniləcəkdir.
İstiqrazlar təminatsızdır. İstiqrazların Emitent tərəfindən tədavül müddəti ərzində geri satın alınması nəzərdə tutulmamışdır.
İnvestorlardan cəlb olunacaq əlavə vəsaitlə ÇİRES (Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi) layihəsi üzrə işlərin görülməsi və yeni mədənlərin işə salınması nəzərdə tutulur.
İstiqrazların buraxılışı və yerləşdirilməsi prosesində anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir (Əlaqə telefonu: 1548).
2022-ci ildə "AzerGold"un cəmi gəlirləri 210 milyon 198 min manat, xalis mənfəəti 51 milyon 360 min manat təşkil edib. Şirkət 2021-ci ildə 190 milyon 526 min manat gəlirlər, 49 milyon 983 min manat xalis mənfəət əldə etmişdi.
“AzerGold” QSC-nin səhmlərinin 100% dövlətə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)







.jpg)




