Energetika Nazirliyində kollegiya iclası keçirilib, İş Planı təsdiq edilib
Energetika naziri Pərviz Şahbazovun sədrliyi, kollegiya üzvlərinin, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.
Kollegiya sədri çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş milli prioritetlərə uyğun olaraq “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ümumilikdə enerji sektorunun gələcək inkişafına dair mühüm tədbirlərin nəzərdə tutulduğunu bildirib və bu tədbirlərin vaxtında və səmərəli icrasının əhəmiyyətini vurğulayıb.
Sonra iclasın gündəliyinə uyğun olaraq Strategiyada Energetika Nazirliyinin əsas icraçı olaraq müəyyən edildiyi tədbirlərin icra vəziyyəti haqqında hesabatlar dinlənilib.
Nazirliyin müvafiq struktur bölmələri, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri tərəfindən təqdim edilən hesabatlarda icra müddəti 2023-cü ildə başa çatan tapşırıqlar üzrə görülmüş işlər diqqətə çatdırılıb. Əldə edilmiş nəticələr və növbəti illər üzrə planlar müzakirə edilib.
İclasda, həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il üçün İş Planının layihəsi nəzərdən keçirilib, İş Planının təsdiq edilməsinə dair qərar qəbul edilib.
Sonda kollegiya sədri növbəti il üzrə nəzərdə tutulan tədbirlər, qarşıda duran vəzifələr və onların operativ icrasını təmin etmək üçün lazımi addımlar barədə müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















