Göygöl Şərab Zavodu İkinci Üzüm və Şərab Festivalında iştirak edib
Dövlət Turizm Agentliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində “İkinci Üzüm və Şərab Festivalı” keçirilmişdir. Festivalda 20-dən artıq yerli şərab istehsalçılarının müxtəlif növdə və çeşiddə olan şərabları nümayiş etdirilmişdir.
Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
Festivalda şərabçılıqla bağlı müxtəlif tədbirlər - şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları, musiqili proqramlar, əyləncələr təşkil olunmuşdur.
Göygöl Şərab Zavodu da bu festivalda iştirak edərək qabaqcıl texnologiya ilə hazırlanmış yüksək keyfiyyətli təbii tərkibə malik şərabları təqdim etmişdir. Festivalın yerli və xarici qonaqlarına həm şərablarıın zəngin dadından həzz almaq imkanı yaradılmış, həm də onların istehsal prosesi, şərabçılıq estetikası və müxtəlif yeməklər üçün ideal şərab seçiminin incəlikləri haqqında ətraflı məlumat təqdim edilmişdir.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 16 d. əvvəl
-
17 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub

























