Texnoparkdan kənar fəaliyyət üçün 65 yerli şirkətə rezidentlik verilib
İlin sonuna qədər daha 10-14 şirkətə rezidentlik verilməsi nəzərdə tutulub.2023-cü ilin yanvar ayından bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən 65 şirkətə texnologiyalar parkının (texnoparkdan kənar) rezidenti olaraq fəaliyyət göstərmələri üçün texnoparkın qeydiyyat şəhadətnaməsi verilib.
Bu məlumat İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnopark rezidentləri ilə keçirdiyi görüş çərçivəsində açıqlanıb.
“Deloitte” şirkəti və Dövlət Vergi Xidməti ilə birgə həyata keçirilən görüşdə texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərin nümayəndələri iştirak edib. Rezidentlərin təklif və rəyləri dinlənilib, rezidentlik çərçivəsində əldə olunan güzəşt və imtiyazların tətbiqi ilə bağlı yaranan suallara ekspertlər tərəfindən aydınlıq gətirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Fərid Hüseynov görüş ərzində texnoparkdan kənar rezidentliklə bağlı bildirib:
“Bu günə qədər 200-ə yaxın şirkət texnoparkdan kənar rezidentlik üçün müraciət edib. Onlar arasından proqram təminatı və sistem inteqrasiyası sahəsində fəaliyyət göstərən 65 şirkətə rezidentlik verilib. Hazırda müraciət edən digər şirkətlər sənədlərin toplanması və təqdim edilməsi mərhələsindədir. İlin sonuna qədər daha 10-14 şirkətə rezidentlik verilməsi nəzərdə tutulub. Missiyamız və məqsədimiz yalnız rezidentlikərin verilməsi deyil, eyni zamanda bundan sonrakı proseslərdə də şirkətlər üçün yaradılan əlverişli mühitin davamlılığını təmin etmək, yarananan bütün qaranlıq məqam və çətinliklərlə bağlı şirkətlərə operativ şəkildə dəstək göstərməkdir. Növbəti ildə də bu formatda görüşlərin hər rüb keçirilməsi planlaşdırılır”.
Bununla yanaşı, görüşdə çıxış edən İRİA-nın sədrinin müavini Rəşad Xalıqov rezidentlik çərçivəsində əldə olunan güzəşt və imtiyazların sənayenin inkişafına verdiyi töhfəni xüsusi qeyd edib:
“Texnoparkdan kənar rezidentlik proqram təminatı və sistem inteqrasiyası sahəsində fəliyyət göstərən şirkətlər üçün strateji addımdır və onların inkişafına əhəmiyyətli töhfə verir. Vergidən azadolmalar, bir sıra güzəşt və imtiyazlar innovasiyaların və texnologiyanın inkişaf edə biləcəyi mühit yaradır. İnanırıq ki, bu proses ayrı-ayrı şirkətlərin böyüməsi ilə yanaşı, həm də bütövlükdə ölkəmizin İKT sənayesinin inkişafına təkan verəcək”.
Qeyd edək ki, normativ aktlara edilmiş bir sıra əlavə və dəyişikliklərə əsasən sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə:
- bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar.
- gəlir vergisində bir sıra güzəştlərdən yararlanacaqlar: 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 01.01.2026-cı ildən 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.
- 2023-cü ilin yanvarın 1-dən 10 il müdətində seçimlərindən (rezident və əməkdaşları) asılı olaraq məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödəniləcək.
- texnoparkdan kənar fəaliyyət göstərmək üçün cəlb olunan əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmayacaq.
Ətraflı məlumat və resident şirkətlərin tam siyahısı https://www.idda.az/texnopark/az/ saytında yer alıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
-
5 saat əvvəl
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvana dəvət olunublar
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı kəskin azalıb
Son Xəbərlər
49 və 515 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Azərbaycan Dəmir Yollar və Çinin Sian limanı anlaşdı
Azərbaycan Təbrizə yeni baş konsul təyin etdi
"Azəristiliktəchizat"da nöqsanlar aşkarlanıb
"AFB BANK"ın istiqrazlarını 80 investor əldə etdi
Ən çox oxunanlar
Toyota-nın satışlarında rekord
"Arazdəyən–Sədərək ərazisi də açılmalıdır"
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Azərbaycan Rusiyadan qoyun ətinin alışını artırıb
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Quyulardan neft hasilatı azalır: bp maksimum hasilat üçün Xəzərə yeni texnologiya gətirir - Çoxmilyonluq müqavilə imzalanıb
Polad incəsənətə çevriləndə - “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
Qlobal bazarlarda son vəziyyət















.jpg)









