Dünya birjalarında “ralli” yaşanır - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gələn il faiz endirimlərinin başlaya biləcəyinə işarə etməsindən sonra gün sonunda Dünya birjalarında “ralli” yaşanır.
FED-in bu il verdiyi son faiz qərarından sonra birjalarda bütün major valyutalar, eləcə də, qızıl dollar qarşısında kəskin bahalaşdı.
Dolların ucuzlaşması ehtimallarının risk iştahını tətikləməsi fonunda fond birjalarında da müsbət tendensiya müşahidə olunur.
FED uçot faizini proqnozlaşdırıldığı kimi dəyişməyərək, 22 ilin ən yüksək səviyyəsi olan 5.25 - 5.50% səviyyəsində sabit saxlayıb. Lakin proqnozlar gələn il ümumi faiz dərəcəsinin 75 baza bəndi endirilməsi ehtimalını ortaya qoyur.
Pul-kredit siyasətinə dair qərar mətnində inflyasiyanın il ərzində yavaşladığı bildirilib. İnflyasiya proqnozları bu il üçün 3.3%-dən 2.8%-ə, 2024-cü il üçün 2.5%-dən 2.4%-ə, 2025-ci il üçün isə 2.2%-dən 2.1%-ə endirilib.
Qərarın açıqlanmasından sonra keçirilən mətbuat konfransında FED sədri Cerom Pavel, bankın sərt monetar siyasəti yəqin ki, tamamladığını, lakin lazım gələrsə, daha da sərt addımlar atmağa hazır olduqlarını bildirib.
Pavel, FED rəsmiləri faiz dərəcələrini daha da yüksəltməyi məqsədəuyğun hesab etməsələr də, bu ehtimalı masadan kənarlaşdırmaq istəmədiklərini də bildirib.
FED-in açıqlamalarından sonra ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi 18 bənd azalaraq 4%-ə düşüb.
Makroiqtisadi məlumatlara gəldikdə isə, ABŞ-da İstehsal Qiymətləri İndeksi (PPİ) noyabr ayında aylıq müqayisədə dəyişməsə də, illik müqayisədə 0.9%-lik artımla proqnozların altında qaldı.
Faiz endirimi ehtimallarının güclənməsi fonunda DXY günü 103.50 bənd dəstəyini aşağıya doğru sürətlə qırdı və günlük şamını 102.90 bənd səviyyəsində tamamladı. Hazırda da dollar major valyutalar qarşısında ucuzlaşmaqda davam edir. Belə ki, EURUSD, GBPUSD, XAUUSD (qızıl) müvafiq olaraq 1.0900, 1.2650, 2040$ hədlərinə kimi bahalaşıb, USDJPY, USDCHF məzənnələri isə 141.40 və 0.8665 hədlərinə qədər ucuzlaşıb.
Bugün isə Avropa Mərkəzi Bankı, İngiltərə Mərkəzi Bankı və İsveçrə Mərkəzi Bankı analoji olaraq faiz dərəcəsi və monetar siyasətlərinin gələcəyinə dair qərarlarını açıqlayacaqlar. Hər üç bankın da faiz dərəcələrində dəyişiklik etməyəcəyinə kəsin gözü ilə baxılsa da, toplantı sonrası baş bankirlərin verəcəyi açıqlamalarda faiz endirimlərinə nə vaxt başlana biləcəyinə dair ipucları axtarılacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)





