Gün ərzində satışı 4 milyard, illik isə 1 trilyon dollara çatır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. “Azərtütün” MMC 2007-ci ildə təsis edilib. Cəmiyyətin bu zavodu isə 2010-cu ildə istifadəyə verilib.
Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub.
Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün “Azərtütün” MMC-nin tütün emalı zavoduna təhvil verilir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir.
Diqqətə çatdırılıb ki, şitil yetişdirilməsi üçün ABŞ texnologiyası ilə işləyən 14 istixana quraşdırılıb. “Azərtütün” MMC-nin müasir şum texnikası, tütün şitilini basdırmaq, əkinə qulluq, kultivasiya işlərini aparmaq üçün mexanizmləri və tütün yarpaqlarını yığan xüsusi kombaynları da var. 2016-cı ildə tədarük olunmuş 1039 ton “Virciniya” sortlu quru tütün bu müəssisədə emal olunaraq satılıb. 2017-ci ildə isə zavodda 2300 ton tütünün emal olunması nəzərdə tutulub.
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olub. Qəbul məntəqəsi "Azərtütün" MMC-yə məxsusdur.
Azərbaycanda aqrar sektorun ən perspektivli sahələrindən olan tütünçülüyün inkişafı üçün addımlar atılır. Qax rayonu bu baxımdan böyük potensiala malik bölgələrimizdən biridir.
Təsadüfi deyil ki, dünyada gün ərzində satış dəyəri təxminən 4 milyard dollar olan tütün ticarətindən illik qazanc bir trilyon dollara çatır.
Tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir faizini təşkil etsə də, ən gəlirli sahələr arasında yer alır. Azərbaycanda da tütünçülüyün inkişafı üçün lazım olan bütün şərtlər mövcuddur. Bu sektorda həm böyük ənənə və təcrübə, həm keçmiş strukturdan qalma mütəxəssis bazası, emal fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət, daxili və xarici bazara çıxış imkanları var.
Məlumat verilib ki, sovet dövründə respublika üzrə tütün tədarükünün xeyli hissəsi Qax rayonunun payına düşürdü. Respublikada ən çox tütün tədarükü də həmin dövrə - 1986-cı ilə təsadüf edirdi. Hazırda yeni tütün təsərrüfatlarının salınması, tütünçülüyə dövlət qayğısının getdikcə artması bu sahədə çalışanlara stimul olub. Fermerlərlə bağlanan müqavilələrin sayı da bunu təsdiqləyir. Əgər ötən il fermerlər tərəfindən məntəqəyə 30 müraciət daxil olmuşdusa, indi bu göstərici 60-ı keçib. Bu il rayonda 6500-7000 ton yaşıl tütün tədarükü gözlənilir. Artıq məntəqədə tütün qəbuluna başlanıb. Yerli fermerlər müxtəlif tütün sortları yetişdirirlər. Üstünlük isə əsasən yüksək məhsuldarlığa malik “Virciniya” sortuna verilir. Sahələrdən toplanan yaşıl tütün məntəqəyə qəbul olunduqdan sonra buradakı 60 kamerada bir həftə ərzində qurudulur. Hazırda müəssisədə 90 nəfər işlə təmin olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün sonra
- 19 d. əvvəl
- 20 d. əvvəl
-
26 d. əvvəl
Türkiyədə Habertürk, Show TV və Bloomberg HT üzərinə həbs qoyuldu
-
45 d. əvvəl
Azərbaycandakı minik avtomobillərinin 40 faizinin yaşı 20 il və yuxarıdır
- 46 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın logistik habı Çinin iri meyvə bazarı ilə memorandum imzalayıb
-
1 saat əvvəl
Meksika Çindən gətirilən avtomobillərə 50 faiz rüsum tətbiq etməyə hazırlaşır
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycan neftinin son qiyməti

Türkiyədə Habertürk, Show TV və Bloomberg HT üzərinə həbs qoyuldu

Həhəng dərman istehsalçısı 9 min işçini ixtisar edəcək

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

OpenAI və Oracle arasında 300 milyard dollarlıq tarixi müqavilə

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

ABŞ-da istehsalçı deflyasiyası qeydə alınıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
