Dünya bazarında qızıl nə üçün bahalaşır?
Qızılın qiyməti bir unsiya üçün 2000 dolları ötüb. Qiymətlər - dolların zəifləməsi və ABŞ-da faiz artımı dövrünün bitməsi gözləntiləri fonunda son altı ayda ən yüksək səviyyəyə qalxıb.
Bazar ertəsi CME birjasında ticarətin əvvəlində qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 2018,9 dollara yüksəlib ki, bu da son altı ayın ən yüksək dəyəridir. Sonuncu dəfə analoji səviyyə 2023-cü il mayın 16-da müşahidə edilib.
Bəs qızılın qiymətini yüksəldən amillər hansılardır.
Marja.az-ın məlumatına görə, ABŞ dollarının zəifləməsi, ABŞ Mərkəzi Bankının (FED) faiz artırmağı dayandıracağı gözləntiləri və texniki amillər qızıla tələbin artmasına səbəb olub. Dolların ucuzlaşması qızılı digər valyuta sahibləri üçün daha əlçatan edir.
Qızılın hazırkı qiyməti 2020-ci ilin avqustunda qeydə alınan bütün zamanların ən yüksək qiymətindən cəmi 53 dollar aşağıdır.
2024-cü ildə ABŞ Federal Ehtiyat Sisteminin (FED) aşağı faiz dərəcələrinə keçəcəyinə dair gözləntilər qızıl üçün müsbət amildir. İnvestorlar hesab edirlər ki, indiki faiz artımı dövrü artıq başa çatıb.
Wall Street qızıl qiymətlərinin rekord həddə - 2500 dollara yüksələcəyini proqnozlaşdırıb.
Analitiklər bildirir ki, qızıl qiymətlərinin yüksəlişini onun nəhayət mühüm 2000 dollar həddini keçməsi ilə də izah etmək olar. Onun fikrincə, bu artım sırf texniki xarakter daşıyır və digər amillərlə yanaşı, ötən həftə ABŞ-da inflyasiya məlumatları və əmək bazarı hesabatı ilə bağlıdır.
"Fundstrat" tədqiqat firmasının idarəedici direktoru və texniki analiz üzrə eksperti Mark Nyutonun proqnozuna görə, qızıl qiymətləri bir unsiya üçün 2500 dollara qədər bütün zamanların ən yüksək səviyyəsinə yüksələ bilər. O hesab edir ki, qızıl bütün zamanların yeni rekordlarına doğru irəliləməyə başlayıb. Analitikin fikrincə, cari artım qızılın unsiyasına görə 2060-2080 dollar diapazonuna yol açmalıdır. Müqavimət səviyyəsinin 2080 dollar səviyyəsində keçilməsilə, tez bir zamanda qiymətlərin daha da artmasına səbəb olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
42 d. əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
2 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
-
2 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
2 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
3 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Son Xəbərlər

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
