AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
Kampaniya zamanı təxminən 28 000 endirimli aviabilet satışa çıxarılıb. Kampaniya ərzində mobil tətbiq istifadəçilər arasında böyük marağa səbəb olub və öz kateqoriyası üzrə proqramlar mağazalarında yükləmə sayına görə ilk sıralarda qərarlaşıb.
Noyabrın 24-də Azərbaycanın milli aviadaşıyıcısı AZAL unikal aksiya həyata keçirib. Aviaşirkət tərəfindən sərnişinlərə 35-dən çox istiqamət üzrə endirimli biletlər təklif olunub. Biletlərin qiyməti 39 avrodan başlayırdı.
AZAL-dan Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, kampaniya geniş ictimaiyyətə Avropa, Asiya və Yaxın Şərq ölkələrinin müxtəlif şəhərlərinə daha münasib qiymətə səyahət etmək imkanı yaradılıb.
Təklif 2024-cü il yanvarın 15-dən martın 6-dək həyata keçirilən uçuşlara şamil edilirdi.
"Kampaniyanın əsas amili AZAL-ın yenilənmiş mobil tətbiqi idi. Tətbiq biletlərin əldə edilməsi prosesini asanlaşdıran rahat və funksional interfeys ilə təchiz edilib. Kampaniya ərzində mobil tətbiq istifadəçilər arasında böyük marağa səbəb oldu və öz kateqoriyası üzrə proqramlar mağazalarında yükləmə sayına görə ilk sıralarda qərarlaşdı. Tətbiqi https://bit.ly/azal-app linki vasitəsilə yükləmək mümkündür",- məlumatda bildirilir.
Qeyd edilib ki, kampaniya zamanı təxminən 28 000 endirimli aviabilet satışa çıxarılmışdı. Sərnişinlər müxtəlif istiqamətlər, o cümlədən İstanbul, Moskva, Tbilisi, London, Vyana, Barselona, Milan, Praqa və s. kimi istiqamətlər üzrə güzəştli tariflərdən yararlana biliblər.
"Gələcəkdə bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi və istiqamətlərin sayının artırılması nəzərdə tutulur. AZAL təhlükəsiz, rahat və yüksək səviyyəli xidmətlər təklif edərək, sərnişinlər üçün yeni imkanlar yaratmağa hədəflənib",- məlumatda qeyd olunub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
10 d. əvvəl
Şirkətdə "bəzi səhmdarların paylarının geri alınması" üçün yığıncaq keçiriləcək
- 15 d. əvvəl
-
- 55 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
-
1 saat əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
1 saat əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
- 1 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
14 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
14 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
Son Xəbərlər

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Rusiyanın məhdudiyyətləri fonunda neft bahalaşıb

Bosch 13 min işçisini ixtisar edəcək

Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
Ən çox oxunanlar

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
