Türkiyə turizmdə Dünyanın "super liqasındadır"
2023-cü ilin yanvar-oktyabr dövründə Türkiyəyə gələn xarici turistlərin sayı 50,2 milyona, turizm gəlirləri isə 42 milyard dollara yüksəlib. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, bu rəqəmlərlə Türkiyə turizmdə Dünyanın "super liqasındadır".Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyənin turizm sahəsində əldə etdiyi nailiyyətləri açıqlayıb.
Marja.az xəbər verir ki, Nazir Ersoy 2023-cü ilin yanvar-oktyabr dövründə Türkiyəyə gələn xarici turistlərin sayının 50,2 milyona çatdığını, turizm gəlirlərinin isə 42 milyard dollara yüksəldiyini qeyd edərək, bu rəqəmlərin Türkiyənin turizmdə dünyanın "super liqasında" olduğunu göstərdiyini bildirib.
Ersoyun verdiyi məlumata görə, ziyarətçilərin 44 milyon 200 min 79-u əcnəbilər, 6 milyon 17 min 102 nəfərini isə xaricdə yaşayan Türkiyə vətəndaşları təşkil edib.
Tətilləri üçün Türkiyəyə üstünlük verən əcnəbilərin sayı 10 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 11,58% artıb.
Yanvar-oktyabr dövründə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında 26,02% artım və 5 milyon 838 min 203 nəfərlə Rusiya birinci olub. Almaniya 8,38% artımla və 5 milyon 715 min 838 nəfərlə ikinci, İngiltərə 12,28% artım və 3 milyon 598 min 870 nəfər üçüncü olub. Növbəti yerlərdə Bolqarıstan və İran gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)







