Birjalarda son vəziyyət
Dollar əsas qlobal valyutalar qarşısında son iki ayın ən aşağı səviyyəsinə yaxınlaşıb
ABŞ Federal Ehtiyatlar Sisteminin tezliklə pul-kredit siyasətini yumşaltmağa başlaya biləcəyi ilə bağlı bazar spekulyasiyaları artdıqca, dollar əsas qlobal valyutalar qarşısında son iki ayın ən aşağı səviyyəsinə yaxınlaşaraq cari həftəyə də zəif başladı. Bu, ABŞ-ın faiz dərəcələrinin pik həddə çatdığına dair inam fonunda baş verir.
Asiyada bütün gözlər Çinin faiz dərəcəsi qərarında idi, burada Pekinin “benchmark” kredit faiz dərəcələrini dəyişməyəcəyi proqnozlaşdırılırdı.
Çin Xalq Bankı (PBoC), sədr Pan Qonqşenqin rəhbərliyi altında, bugün ölkədə bank kreditləri və ipoteka faizləri üçün kritik bir meyar olan Kredit Faiz Nisbətini (LPR) açıqladı. Bir illik və beş illik LPR-lər müvafiq olaraq 3.45% və 4.20% səviyyəsində saxlanılıb. Bu qərar avqust ayında bir illik faiz dərəcəsinin 3.55%-ə endirilməsindən sonra bazar proqnozlarına uyğundur və o vaxtdan sonra heç bir dəyişiklik edilməmişdir.
Avro dollar qarşısında gücünü qoruyub və cümə günü əldə etdiyi iki aylıq maksimuma yaxın qalıb. Valyuta sonuncu dəfə 1.09$ səviyyəsində alınıb və bazar bu həftənin sonunda Avrozonada Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi oxunuşlarının dərcini gözlədiyi üçün bu səviyyədə stabilləşib. Analitiklər bu oxunuşların bölgənin tənəzzülün astanasında olduğunu və ya artıq resessiyaya uğradığını göstərən əlamətlər üçün yaxından izləniləcəyini qeyd edirlər. Onlar həmçinin hesab edirlər ki, Avrozonada 2023-cü ilin ikinci yarısında başlayacaq mülayim resessiya ehtimalı getdikcə artır.
Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi 0.04% artaraq 103.95 bəndə yüksəlib. Bununla belə, keçən həftənin iki aylıq minimumu olan 103.79-dan uzaqlaşmaqda çətinlik çəkdi. İndeks keçən həftə təxminən 2% geriləyərək, iyul ayından bəri ən kəskin həftəlik enişini qeyd etdi. Bu, əsasən ABŞ-ın gözləniləndən daha zəif iqtisadi göstəriciləri və inflyasiya məlumatlarının proqnozlardan aşağı düşməsi, bazarların FED-in növbəti faiz artımı ehtimallarının yerini faiz endirimlərinə verməsi fonunda yaşandı.
Hazırda diqqət ilk faiz endiriminin nə vaxt baş verə biləcəyinə yönəlib. Analitiklərin və iqtisadçıların fikrincə FED-in gələn ilin mart ayından etibarən uçot faiz dərəcələrini azaltmağa başlaya biləcəyi ehtimalı 30% təşkil edir.
Dolların ucuzlaşması bir dollar üçün 150-dən aşağı möhkəmlənən və son olaraq 149.90 səviyyəsində olan Yapon yeninə bir qədər rahatlıq gətirdi.
Britaniya funt-sterlinqi 0.06% ucuzlaşaraq 1.2460 hədlərinə qədər geriləsə də, ötən həftə çatdığı iki ayın ən yüksək səviyyəsinə (1.2505) yaxın qalıb.
Çinin kredit faiz dərəcəsi (LPR) qərarından sonra, yuan dollara nisbətdə son üç ayın ən yüksək səviyyəsinə yaxın möhkəmləndi (bir dollar üçün 7.2214 yuan).
Ümumilikdə yuanın likvid proksi kimi görünən Avstraliya dolları bir qədər 0.17% geriləyərək 0.6553 səviyyəsinə, Yeni Zelandiya dolları isə 0.04% ucuzlaşaraq 0.6032 həddinə düşüb.
Analitiklər Çin iqtisadiyyatında yumşaq bərpa mövzusunun bir müddət davam edə biləcəyini bildirirlər. Və iddi edirlər ki, Çin iqtisadiyyatında əhəmiyyətli bir canlanma olana qədər bu, yaxın perspektivdə yuan, Avstraliya dolları və Yeni Zelandiya dolları üçün problem yarada bilər.
Nəzərə alsaq ki, Şükran günü ilə bağlı olaraq cümə axşamı Amerika birjaları işləməyəcək, cümə günü isə qısa iş günü rejimi ilə çalışacaqlar, bu, digər major valyutaların dollar qarşısında bir qədər də möhkəmlənməsinə səbəb ola bilər.
Buna qədər isə Amerikadan açıqlanacaq mənzil bazarındakı satışların həcmi, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı, Uzunmüddətli İstifadə Üçün Nəzərdə Tutulmuş Məhsulların Sifarişlərinin həcmi, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəricilər, həmçinin FED-in son toplantısının dərc olunacaq protokolları dolların qiymətlərinə dəstək ola bilər.
Bazar iştirakçıları bu həftə həmçinin Kanadada İstehlak Qiymətlər İndeksi, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışlarını diqqət mərkəzində saxlayacaqlar.
EUR
Ötən həftə DXY-da mühaşidə olunan kəskin geriləmə əsas valyutalar kimi avronun da dollar qarşısında sürətlə bahalaşmasına səbəb oldu. Bu həftə Almaniyada açıqlanacaq ÜDM-in həcmi, Avrozonada dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri, Avropa Mərkəzi Bankının son toplantısınının yayımlanacaq protokolları və AMB sədri Kristin Laqardın çıxışı kimi mühüm faktorlar dünya valyuta birjalarında, xüsusən də EURUSD məzənnəsində volatilliyə səbəb ola bilər.
GBP
Bazar ertəsi və çərşənbə axşamı İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışları, həmçinin, çərşənbə günü Böyük Britaniyada dərc olunacaq Maliyyə Dayanıqlılığı Hesabatı, cümə axşamı günü açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi göstəricilər funt-sterlinqin qiymətində dalğalanmalara səbəb ola bilər.
NEFT
Ardıcıl 4 həftədir ucuzlaşan neft qiymətləri ötən həftənin sonunda 80.90$ səviyyəsində qərarlaşdı. Yeni həftəyə qismən bahalaşma ilə başlayan “qara qızıl”-ın qiyməti 85$ həddini qırsa və bu səviyyənin üzərində möhkəmlənə bilsə, artım tendensiyası 88$ və 90$-a kimi davam edə bilər. Yox əgər “ayılar” qiyməti 82$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası 77$-a kimi dərinləşə bilər.
XAU/USD
Ötən həftə 1993$ həddini test etdikdən sonra, yenidən ucuzlaşan qızıl, ötən həftəni 1980$ həddində tamamladı. Hazırda 1982$-dan təklif edilən qiymətli metalın dəyəri 1988$ müqavimətini qırsa və bu həddin üzərində möhkəmlənə bilsə, 2010$-a kimi bahalaşa bilər. 1971$ dəstəyi qırılacağı təqdirdə isə, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 d. əvvəl
- 25 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
30 d. əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
42 d. əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
1 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
2 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
2 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
2 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
Son Xəbərlər

“Bakı Fintex Forumu 2025” keçiriləcəlk

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
