Qlobal bazarlarda bütün diqqətlər ABŞ inflyasiyasına yönəlib
Bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da inflyasiya məlumatları açıqlanacaq. Məlumatlar açıqlanmamışdan öncə qlobal bazarlarda nikbin atmosfer hökm sürür.
Marja.az xəbər verir ki, sentyabr ayında aylıq 0,4 faiz artan istehlak qiymətləri indeksinin oktyabrda 0,1 faiz artacağı gözlənilir. İllik istehlak inflyasiyasının da 3,7 faizdən 3,3 faizə enəcəyi təxmin edilir.
Baza inflyasiya proqnozları sentyabr ayı ilə eyni səviyyədə - aylıq 0,3 faiz və illik 4,1 faiz səviyyəsindədir.
Bloomberg-in ABŞ baş iqtisadçısı Anna Vonq bildirib ki, FED üzvləri son iki iclasında faiz dərəcələrini sabit saxlasalar da, oktyabrın baza istehlakçı inflyasiyası məlumatları FED-in sərtləşmə tendensiyasını gücləndirəcək.
Yay aylarında müsbət gedişata baxmayaraq, illik baza inflyasiyanın azalmasının yəqin ki, yavaşladığını qeyd edən Vonq, inflyasiyanın hələ də FED-in 2 faizlik hədəfindən uzaq olduğuna diqqət çəkib. Vonq, baza inflyasiya cari aylıq tempində qaldığı müddətdə Fed rəsmilərinin gələcək faiz artımı ehtimalı olduğunu bildirib.
Həmçinin Vonq, növbəti bir neçə ayın əmək bazarının daha sürətli "soyuduğuna" dair əlavə sübutlar təqdim edəcəyi ehtimalını əsas gətirərək, FED-in faiz artımı ilə bağlı "gözlə və gör" mövqeyini dəyişməyəcəyini söyləyir.
Bu arada, UBS analitikləri Arend Kapteyn və Bhanu Baveja FED-in 2024-cü ildə faiz dərəcələrini 2,75 faiz bəndi azaldacağını gözləyirlər.
Proqnoz Əvvəlki
Baza İstehlak Qiymətləri İndeksi (Aylıq) 0,3%0,3%
Baza İstehlak Qiymətləri İndeksi (İllik) 4,1%4,1%
İstehlak Qiymətləri İndeksi (İllik) 3,3%3,7%
İstehlak Qiymətləri İndeksi (Aylıq) 0,1% 0,4%
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 15 d. əvvəl
-
- 30 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib





















