FED faiz qərarını açıqladı
ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ mərkəzi bankı) qlobal bazarların gözlədiyi faiz qərarını açıqlayıb. Oktyabr ayı toplantısında FED faizini gözləntilərə uyğun olaraq dəyişməyərək 22 ilin ən yüksək səviyyəsində saxlayıb. Belə ki, bank ardıcıl 2 iclasda faiz dərəcəsini dəyişməyib.ABŞ Mərkəzi Bankı (FED) faizini dəyişməyərək 5,25-5,50 faiz aralığında saxlayıb. Qərar yekdilliklə qəbul edilib.
Marja xəbər verir ki, iqtisadçıların proqnozu faiz diapazonunun bu səviyyədə qalacağı idi.
FED açıqlamasında daha sərt maliyyə və kredit şərtlərinin iqtisadiyyata təsirini davam etdirəcəyini bildirib.
FED-in açıqlamasında əvvəlki mətndən fərqli olaraq “Maliyyə şərtləri” əlavə edilib və “Ev təsərrüfatları və müəssisələr üçün sərt maliyyə şərtləri və kredit şərtlərinin iqtisadi fəaliyyətə, işə qəbula və inflyasiyaya təzyiq göstərməsi ehtimalı var” deyilir.
Açıqlamada, son göstəricilərin üçüncü rübdə iqtisadi aktivliyin güclü artımına işarə etdiyi bildirilib. İşsizlik səviyyəsinin aşağı səviyyədə qaldığı və “ilin əvvəlindən məşğulluq artımlarının yavaşladığı, lakin güclü qalmağa davam etdiyi” bildirilib. İnflyasiyanın yüksək olaraq qaldığı və inflyasiya risklərinin çox diqqətlə izləndiyi vurğulanıb.
Mətndə bank sisteminin sağlam və davamlı olduğu bildirilib.
FED sentyabr iclasında faiz dərəcələrində dəyişiklik etməyib və FED rəsmiləri bu il üçün daha bir artım proqnozlaşdırıblar.
FED 2022-ci ilin mart ayından bu yana faiz dərəcəsini cəmi 5,25 faiz bəndi artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)






.jpg)




