Hacıqabulda yeni müəssisə fəaliyyətə başladı - 18,4 MİLYON SƏRMAYƏ
Hacıqabul Sənaye Məhəlləsində investisiya dəyəri 18,4 milyon manat olan istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində “Penoplex Prikavkazye” MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb.
Marja.az xəbər verir ki. illik istehsal gücü 100 min m3 olan Rusiya kapitallı müəssisənin investisiya dəyəri 18,4 milyon manatdır və istehsal olunan məhsulların 60%-nin daxili bazarda satışı, 40%-nin isə ixracı planlaşdırılır.
Sənaye Məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub.
Müəssisənin fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması tədbirlərindən danışıb. Bildirilib ki, Hacıqabul Sənaye Məhəlləsində “Penoplex Prikavkazye” MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsinin fəaliyyətə başlaması tikinti sektorunun inkişafına və bölgədə məşğulluğun artmasına töhfə verəcək.
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov yüksək səviyyəli səfərlər və keçirilən görüşlərin tərəfdaşlığın inkişafına əlverişli zəmin yaratdığını vurğulayıb, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə, birgə layihələrin icrasına dair fikirlərini bölüşüb.
“Penopleks” Holdinqin baş direktoru Qeorqiy Protosenya Azərbaycanda sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitinin cəlbedici olduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını qeyd edib, müəssisənin fəaliyyəti barədə məlumat verib.
Qeyd dək ki, Hacıqabul Sənaye Məhəlləsi mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb. 200 nəfərdən çox şəxsin daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 163 milyon manatdan çox olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Mövcud layihələr üzrə əlavə olaraq Sənaye Məhəlləsinə 120 milyon manata yaxın investisiyanın yatırılması, 1500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
2023-cü ilin 9 ayında Sənaye Məhəlləsində 51 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 97% artıb. 2022-ci ilin 9 ayında 25,8 milyon manatlıq məhsul istehsal edilib.
İndiyədək Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 95 milyon manata yaxın məhsul istehsal olunub ki, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına düşür.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 4 d. əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
16 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
16 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
Son Xəbərlər

Rəsmi məzənnələr açıqlandı

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank 96 ədəd RAM alır
Ən çox oxunanlar

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
