"InMerge İnnovasiya Sammiti" nədir?
(®) Sosial mediada, eləcə də xəbərə portallarında tez-tez qarşımıza çıxan "InMerge İnnovasiya Sammiti" haqqında hələ də bir çoxlarının yetəri qədər məlumatı yoxdur. Gəlin regionun ən böyük innovasiya sammiti ilə tanış olaq və onun üstünlüklərini ətraflı öyrənək.
"InMerge İnnovasiya Sammiti" 30 noyabr və 1 dekabr tarixlərində "PAŞA Holding"in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutacaq.
Bu tədbiri nəinki regionun ən böyük innovasiya sammiti, həmçinin regionun ən üstünlüklü sammiti də adlandırmaq olar. Çünki burada "Apple" şirkətinin qurucularından Steve Wozniak, "Tesla"nın həmtəsisçisi JB Straubel və "Shazam" şirkətinin qurucusu Chris Barton kimi tanınmış şəxslər iştirak edəcək və öz biliklərini, təcrübələrini hər kəslə bölüşəcəklər. Onlarla yanaşı, ölkəmizdən rəhbər şəxslər: rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov və başqaları da sammitə qatılacaq. Beləliklə, sammitə bilet alıb gələn hər kəs bu şəxslərlə tanış olmaq və əməkdaşlıq qurmaq şansı da əldə etmiş olacaq.
"InMerge İnnovasiya Sammiti" ekosistemə öz töhfəsini vermiş startaplar və investorlara da öz qapılarını açır. Regionun dörd bir yanından tədbirə qoşulan startaplar burada öz ideyalarını minlərlə insana göstərəcək və investisiya, hətta mükafat qazanmaq şansı əldə edəcəklər. Artıq Özbəkistan, Türkiyə, Gürcüstan və Qazaxıstandan startaplar, investorlar və şirkətlər tədbirə öz adlarını yazdırıblar.
Sammit haqqında daha çox məlumat almaq, spikerlərlə tanış olmaq və ən əsası bilet əldə etmək üçün inmerge.az veb-saytına müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 27 d. əvvəl
-
32 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)





.jpg)








