"Unicapital"dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
17 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 90 mln manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 89.6046 (12%) manat və 97.2615 (7.4999%) manat olan 48 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.6645 (8.4%) manat, orta ölçülmüş qiyməti isə 95.9785 (8.2215%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 211,434,300 manat, yerləşdirilmiş həcmi isə 135,000,000 manat təşkil edilmişdir.
Bu həftə AR Maliyyə Nazirliyinin 80 milyon AZN həcmində 1 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Sonuncu dəfə oktyabr ayının 3-ü keçirilmiş 1 illik hərracda istiqrazların orta ölçülmüş gəlirliyi 7.61% olmuşdur. Həmçinin, oktyabr ayının sonuncu həftəsində 55 milyon AZN həcmində 3 illik istiqrazların yerləşdirilməsi planlaşdırılır.
AR Mərkəzi Bankının notlarında keçən həftəki hərraclarda əsaslı dəyişiklik olmamış, hər biri 20 milyon AZN olmaqla 3, 6, 9 aylıq notlar yerləşdirilmişdir. 1 aylıq notlar üzrə yerləşdirmə isə ardıcıl olaraq 4 həftədir ki, hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından baş tutmamışdır.
Qlobal bazar
ABŞ-da keçən həftə mövcud satılmış evlərin sayı açıqlanıb. Əvvəlki ay ilə müqayisədə sentyabr ayında bu göstərici 2% azalıb (bazarın gözləntisi -3,7% azalma idi).
Keçən həftə Avropada açıqlanmış əsas məlumatlar içərisində sentyabr ayı üçün olan yenilənmiş inflyasiya göstəriciləri olub. Belə ki, illik inflyasiya dəyişməz olaraq 4,3%, aylıq inflyasiya 0,3%, Core İnflyasiya isə illik dəyişməz olaraq 4,5% açıqlanıb. Bu həftənin vacib məlumatları içərisində oktyabr ayının 26-sı Avropa Mərkəzi Bankının açıqlanacaq faiz qərarı olacaq. Maliyyə bazarları uçot faiz dərəcəsinin dəyişməz olaraq 4,5% saxlanılacağını proqnozlaşdırır.
Rusiyada Mərkəzi Bank bu həftə faiz qərarını açıqlayacaq. Əvvəlki göstərici 13% olub, gözlənti isə onun 1% artırılmasıdır.
Türkiyədə bu həftə faiz qərarı açıqlanacaq. Əvvəlki göstərici 30% olub, gözlənti onun 5% artırılaraq 35% olacağıdır.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
8 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
8 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 9 saat əvvəl
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















