Böyük zərərlərdən sonra mənfəətlə işləməyi bacaran bank
2023-cü ilin 1-ci rübündə 702 min manat, 2-ci rübündə 1 milyon 522 min manat əməliyyat mənfəəti əldə etmiş "Yelo Bank" ASC, 3-cü rübündə 1 milyon 82 min manat əməliyyat mənfəəti təmin etməyə nail olub.
Marja.az-ın məlumatına görə, 2023-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) "Yelo Bank"ın əməliyyat mənfəəəti 3 milyon 306 min manat, xalis mənfəəti isə 13 milyon 795 min manat təşkil edib. Daha yüksək məbləğdə xalis mənfəət mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 10 milyon 490 min manatın hesabınadır. Qeyd edək ki, 2022-ci ilin 9 ayında "Yelo Bank"ın əməliyyatı 2 milyon 194 min manat mənfidə (zərər) idi.
"Yelo Bank" ASC 2021-ci ili 13 milyon 517 min manat, 2022-ci ili isə 3 milyon 782 min manat əməliyyat zərəri ilə bağlamışdı.
2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayı ilə müqayisədə "Yelo Bank" ASC-nin faiz gəlirləri 18 milyon 953 min manat artaraq 80 milyon 969 min manat, qeyri-faiz gəlirləri isə 912 min manat azalaraq 7 milyon 175 min manat təşkil edib.
2023-cü ilin 9 ayında "Yelo Bank"ın cəmi əməliyyat gəlirlərinin 18 milyon 41 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 12 milyon 541 min manat artıb. Gəlirlərin artması xərclərin artmasını 5 milyon 500 min manat üstələməsilə Bank əməliyyat zərərindən çıxıb.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2023-cü ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə "Yelo Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 93 milyon 434 min manat artaraq 715 milyon 382 min manata çatıb. Bankın istehlak kreditləri portfeli 28 milyon 185 min manat artaraq 178 milyon 164 min manata, biznes kreditləri portfeli 66 milyon 315 min manat artaraq 462 milyon 316 min manata çatıb. Bankın ipoteka kreditləri portfeli isə 1 milyon 65 min manata azalaraq 74 milyon 902 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
-
17 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 19 d. əvvəl
-
29 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 37 d. əvvəl
-
59 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib





















