“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub
(®) “Rəqəmsal İpək Yolu” layihəsi Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında təqdim olunub. AzerTelecom şirkətinin Direktorlar şurasının sədri Fuad Allahverdiyev və Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edən AzerTelecom şirkətinin Əməliyyatlar üzrə baş direktoru Sergey Nazarenko ölkəmiz və region üçün prioritet layihələrdən biri olan “Rəqəmsal İpək Yolu” layihəsinin strateji əhəmiyyəti, əsas komponentləri barədə tədbir iştirakçılarına məlumat verib. “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində ölkə daxilidə, eləcə də Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzərin dibi ilə qurulacaq rəqəmsal infrastrukturun Avropa ilə Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracağını qeyd edib.
“NEQSOL Holding-in təşəbbüsü ilə AzerTelecom şirkəti tərəfindən həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsinin Azərbaycan hökumətinin və nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzində olması bizim üçün çox qürurvericidir. Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi çoxterabitli həcmdə məlumatların ötürülməsi, rəqəmsallaşmanın sürətlənməsinə verəcəyi töhfə ilə böyük bir regionun gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir”, – deyə Sergey Nazarenko bildirib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı özündə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, Pakistan və Əfqanıstanı birləşdirir.
AzerTelecom Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
32 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
46 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















