"Kapital bazarları diqqətsiz qalıb"
"Səmimi etiraf edim ki, sığorta və kapital bazarları sektorları kifayət qədər kiçikdir, lakin kifayət qədər böyük potensialı var".
Marja.az xəbər verir ki, bunu AZTV-yə müsahibəsində Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Kazımov deyib ki, hazırda Mərkəzi Bank ümumi maliyyə sektorunun və hər bir alt sektor - bank, sığorta, kapital bazarları və ödəniş sistemləri sahələrində ayrıca strategiya hazırlayır: "Çox güman ki, növbəti bir ay ərzində biz onları ictimaiyyətə açıqlayacağıq".
Taleh Kazımov əlavə edib ki, sığorta sektoru kifayət qədər balacaqdır, sığorta haqlarının ümumi daxili məhsulda payı cəmi 1,1%-dir:
"Biz ilk növbədə icbari sığorta növləri üzrə sığorta şirkətlərinin göstərdiyi xidmətlərini, ümumiyyətlə həmin sığorta növlərinin tənzimlənməsini daha effektiv, şəffaf, daha istehlakçı yönümlü olmasını təmin etməyi nəzərdə tuturuq. İkinci mərhələdə könüllü sığorta növlərinin inkişafına dəstək olacağıq. Hər il sığorta haqları 25-30% artır, sığorta ödənşilərində də eyni göstəricilərdir. Sığorta şirkətlərinin korporativ idarəetmə standartlarına, tələblərinə yenidən baxılmalıdır, hal-hazırda onun üzərində işlər gedir. İcbari sığorta növləri üzərində fokuslanmalıyıq, çünki əhalinin əksər hissəsi bu sığorta məhsulları ilə rastlaşır. Bu məhsuları əldə edən istehlakçıların hüquqları daha güclü qorunmalı və daha effektiv xidmət göstərilməlidir".
Mərkəzi Bankın sədri, "Kapital bazarları da diqqətsiz qalıb, lakin kifayət qədər böyük potensiala malikdir" deyərək çıxışına belə davam edib: "Burada biz xarici məsləhətçilər ilə birlikdə kapital bazarlarının infrastruktururnun təkmilləşdirilməsi, rəqəmsallaşama istiqamətində təşəbbüslərin formalaşası üzərində çalışırıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)







.jpg)




