İqtisadiyyat naziri Azərbaycanda ilk dəfə yaradılan bu məktəbdən yazdı - "Dərsləri ABŞ təlimçiləri keçəcək"
“Technovate - Sabah Mələk İnvestorlar Klubu” tərəfindən ölkəmizdə ilk dəfə olaraq yaradılan Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb.
Marja.az xəbər verir ki, bu bardə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.
Nazir qeyd edib ki, tədris prosesində mələk investor olmaq istəyənlər ABŞ təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyəcəklər və qabaqcıl ölkələrin, xüsusilə də ABŞ-nin startaplarına sərmayə yatırmaq imkanı əldə edəcəklər.
"Bu layihə ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və#biznes mühitinin təkmilləşməsinə töhfə verəcək",- nazir qeyd edib.
Xəbər verdiyimiz kimi, “Technovate -Sabah Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi Fərid İsmayılzadə Marja.az-a bildirib ki, Azərbaycanda ilk dəfə "Technovate - Sabah Mələk İnvestorlar Klubu"nun Mələk İnvestorlar Məktəbi (Angel İnvestor School) fəaliyyətə başlayır.
"Bu məktəbin məqsədi Azərbaycanda mələk investorlara ilk öncə nəzəri, sonra isə onları klub üzvü etməklə praktik biliklər verməkdir",- İsmayılzadə bildirib.
Onun sözlərinə görə, mələk investor adətən ildə 3 – 50 min ABŞ dolları civarında məbləği startaplara risk edərək yatırımlarını 10 və bəzən də, hətta 100 dəfə artırmaq istəyən şəxslərdir. Startaplara bu tip yatırımlar dünyada ən yüksək gəlirli yatırımlar hesab olunur. Məhz buna görə dünyadakı ən dəyərli şirkətlər nə zamansa startap olmuşdur. Onların qurucuları isə dünyanın ən varlı insanlarıdır. Bu cür yüksək gəlirliliyin öz riskləri ilə olduğuna görə onun sirlərinə bələd olmaqda bir fayda var. Bundan əlavə startaplar bazar hədəflərinə uyğun olaraq öz ölkələrində, regionda və ya dünyada ciddi müsbət dəyişiklərə səbəb olurlar.
Fərid İsmayılzadə əlavə edib ki, pu proqramdan məzun olmuş mələklər daha çox inkişaf etmiş ölkələrin, xüsusi ilə də ABŞ startaplarına sərməyə yatırmaq imkanı əldə edəcəklər. Onlara startaplardan ibarət portfel yaratmaq, düzgün seçimlər etmək və maksimum uğurlu nəticələr əldə etmək üçün nəzəri biliklər veriləcəkdir.
Məktəbin ilk qrupu barədə əlavə məlumatı www.angelinvestor.az saytından əldə etmək mümkündür. Kursun dili ingiliscə və təlimçiləri isə ABŞ ekspertləri olacaqdır. Kursa qeydiyyat Noyabr ayının 1-inə qədər 255 manatdır. Ödəniş zamanı Marja.az promo kodunu daxil etməklə daha 10% endirim əldə etmək mümkündür".
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır






















