"Silk Vey Vest Aviaşirkəti"nin gəlirləri kəskin azalıb, xalis mənfəəti 60 dəfə düşüb
"Silk Vey Vest Aviaşirkəti" MMC 2023-cü ilin birinci yarısnı (yanvar-iyun) 10 milyon 85 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ilin birinci yarısını 602 milyon 314 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Silk Vey Vest Aviaşirkəti"nin xalis mənfəəti 59,7 dəfə azalıb. Xalis mənfəətin azalması gəlirlərin kəskin azalmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Silk Vey Vest Aviaşirkəti"nin əsas əməliyyat gəlirləri 2022-ci ilin ilk 6 ayında 1 milyard 784 milyon 962 min manat ikən, 2023-cü ilin ilk 6 ayında 816 milyon 371 min manat olub (54,3% və ya 968 milyon 591 min manat azalıb).
Əgər "Silk Vey Vest Aviaşirkəti"nin əməliyyat xərcləri 2022-ci ilin ilk 6 ayında 987 milyon 325 min manat ikən, 2023-cü ilin ilk 6 ayında 787 milyon 766 min manat təşkil edib (199 milyon 559 min manat və ya 20,2% azalıb). Beləliklə, Şirkətin xərclərinin azalması gəlirlərin azalması qədər deyil, daha az olub.
Şirkətin əməliyyat mənfəəti 805 milyon 777 min manatdan 35 milyon 629 min manata geriləyib (22,6 dəfə azalıb).
Hazırda "Silk Vey Vest Aviaşirkəti" MMC-nin payçıları "Silk Way Aviaşirkəti" MMC (98%) və "Silk Way Development" MMC (2%) şirkətləridir.
1123 nəfər işçisi olan "Silk Vey Vest Aviaşirkəti" MMC hava nəqliyyatı ilə yüklərin daşınması ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 7 d. əvvəl
- 28 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
9 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
- 9 saat əvvəl
-
11 saat əvvəl
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İlham Əliyevin Paşinyan ilə görüşü keçirilir
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
Ən çox oxunanlar
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjasında Yanvar çöküşü
























