Bakıda supermarket rəhbərliyi oğrunu dörd saat soyuducuda saxladı
Paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən “Fresh” market rəhbərliyi mağazadan oğurluq edən şəxsi özü cəzalandırıb.
Təqribən 10 gün öncə Novruz Sədiyev adlı şəxs tanışı Firuz Qəhramanovla bir yerdə adıçəkilən marketdən 3 ədəd bahalı təraş ülgücü oğurlayarkən market işçiləri tərəfindən saxlanılıb. Bu zaman oğurluq edən Novruz Sədiyev pul gətirmək üçün evə yollanıb. Yanındakı Firuz Qəhramanov isə market rəhbərliyi tərəfindən girov saxlanılıb.
Market rəhbərliyi Firuz Qəhramanovu özü cəzalandırmağa qərar verib. Onu saat 18:00-dan saat 23:00-a qədər marketdə saxlayaraq, döydürüb. Daha sonra isə Firuz Qəhramanov marketin toyuq əti saxlanılan soyuducusuna salınıb.
Firuz Qəhramanov hadisənin doğruluğunu təsdiqləyib. O, market rəhbərliyi tərəfindən döyüldüyünü və zorakılığa məruz qaldığını bildirib: “Mən marketdən oğurluq etməmişəm. Oğurluğu edən yanımdakı Novruz Sədiyev olub. Kamera görüntülərinə də baxsanız, görərsiniz ki, mən oğurluq etməmişəm. Biz saat 18:00-da marketə girmişik. Çıxanda bizi saxlayıb dedilər ki, siz bahalı təraş ülgücü götürmüsünüz. Onun pulunu da ödəyin.
Bizdən 750 manat pul istədilər. Biz də dedik ki, 3 ədəd təraş ülgücünün qiyməti niyə 750 manat edir? Bundan sonra məni girov saxladılar, Novruz Sədiyev isə pul götürmək üçün sərbəst buraxıldı. Saat 23:00 olmuşdu ki, Novruz hələ də pulu gətirə bilməmişdi. Market işçiləri də məni təhqir etməyə, döyməyə başladılar. Hətta məni bir neçə saat toyuq əti üçün nəzərdə tutulan soyuducunun içərisində saxladılar. Təsəvvür edin ki, soyuducunu tam gücü ilə işlədirdilər, mən də onun içərisində qaranlıqda az qala donub öləcəkdim”.
F.Qəhramanov məruz qaldığı zorakılığa görə polisə də məlumat verdiyini söyləyib: “Zorakılığa məruz qalmağımla bağlı Xətai rayon polisinə market rəhbərliyindən şikayət etmişəm. Çünki marketdə mənim döyülməyim barədə bütün göstərişlərə bir qadın rəhbərlik edirdi. Həmin qadın məni nalayiq söyüşlərlə təhqir edirdi, döydürürdü, əlimi iplə bağlayıb zor tətbiq edirdilər. Soyuducuya salmışdılar, orada “102”-yə zəng etmək istədim, telefon tutmurdu. Bunu biləndən sonra market işçiləri telefonumu da əlimdən aldılar”.
© ölkə.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
7 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
11 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 18 d. əvvəl
-
21 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
24 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
25 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 29 d. əvvəl
- 35 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı




























