Azərbaycan şirkəti 100 milyon dollara yaxın zərər edib
"Kaspian Drillinq Kompani"dən rekord zərərQuyu mühəndisliyi, kompleks layihə idarəetməsi və qazma xidmətləri ilə təmin "Kaspian Drillinq Kompani" MMC şirkəti 2022-ci ili 99 milyon 745 min dollar xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 64 milyon 396 dollar xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Kaspian Drillinq Kompani"nin xalis zərəri 35 milyon 349 min dollar və ya 55% artıb.
Marja.az xəbər verir ki, "Kaspian Drillinq Kompani" MMC-nin əsas əməliyyat gəlirləri 2021-ci ildə 129 milyon 167 min dollar ikən, 2022-ci ildə 27 milyon 963 min dollara düşüb (4,6 dəfə azalıb).
Sair gəlirlər daxil, ötən il "Kaspian Drillinq Kompani" MMC-nin cəmi gəlirləri 51 milyon 851 min dollar, cəmi xərcləri 151 milyon 596 min dollar olub. Xərclər gəlirləri üstələdiyindən Şirkət zərər edib.
"Kaspian Drillinq Kompani"nin 2021-ci ilin sonunda 303 milyon 789 min dollar olmuş bölüşdürülməmiş mənfəəti ötənilki zərər qədər azalaraq 204 milyon 44 min dollara geriləyib.
Qeyd edək ki, "Kaspian Drilinq Kompani" şirkətinin 92,44%-i SOCAR-a 7,56%-i "Union Grand Energy PTE LTD" şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 26 d. əvvəl
-
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım







.jpg)










.jpg)





