Xəzərdə süni adanın salınması işlərinə başlanılıb - YENİ MÖHTƏŞƏM LAYİHƏ
Xəzər dənizində süni adanın salınması işlərinə başlanılıb.
Marja.az-ın məlumatına görə, süni ada Nardaran qəsəbəsi, "Sea Breeze Resort" istirahət kompleksinin ərazisində salınır.
Adada gəmi şəklində “Caspian Dream Liner” oteli tikiləcək. Layihə iki-üç ay öncə işgüzar dairələrə təqdim edilib.
Bu, Xəzərdə süni ada yaratmaqla bağlı ikinci belə iddiadır. İlk iddia ilə 2011-ci ildə “Avesta” konserni çıxış edib, lakin “Xəzər adaları” adlı həmin layihə (Sahil qəsəbəsi ərazisində süni arxipelaq-şəhər) bir neçə il sonra iflasa uğrayıb.
Qeyd edək ki, "Sea Breeze" 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib və ilkin olaraq otel, restoran və kiçik çimərlikdən ibarət olub. Bu gün "Sea Breeze" 180 hektardan çox ərazini tutur və 15-dən çox hazır və davam edən tikinti layihəsini özündə cəmləşdirir, 10-dan çox restoran, kafe və bar, 14 hovuz, sosial obyektlər və abadlaşdırılmış 5,5 km çimərlik sahəsini əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 16 d. əvvəl
- 19 d. əvvəl
-
38 d. əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
2 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Ən çox oxunanlar
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb






.jpg)











.jpg)
