2016-cı ilin ən böyük birləşmə və satınalmaları
Bu il satınalma və birləşmələrdən heç biri rekordu qıracaq qədər böyük miqyaslı olmasa da, əhəmiyyətli markaları əhatə edən və potensial olaraq sənayeni silkələyən müqavilələrə imza atıldığı danılmazdır.
“Marja” Fortune.com-a istinadən xəbər verir ki, Dealogic-in rəqəmlərinə əsasən 2016-ci ildə birləşmə və satınalmalarda bir müqavilənin orta məbləğinin 104,2 milyon dollar olduğu bildirilir. Bu rəqəm, 115,4 milyon dollar hesablanan 2015-ci ildəki məbləğlə müqayisədə daha aşağıdır, ancaq 77,1 milyon dollarlıq məbləğin hesablandığı 2000-2014 dövrünə görə daha yüksəkdir.
2016-ci ilin ən böyük beş satınalma və birləşməsi:
5. QUALCOMM VƏ NXP SEMICONDUCTORS: 47 MİLYARD $
ABŞ-ın Qualcomm şirkəti Hollandiyanın NXP Semiconductors şirkətini təxminən 47 milyard dollara satın alacağını açıqlayıb. Bu satınalma reallaşarsa, Qualcomm ən böyük yarımkeçirici cihazlar (diod) istehsalçısı olacaq.
4. SUNOCO LOGISTICS VƏ ENERGY TRANSFER PARTNERS: 52 MİLYARD $
Bu, bir növ qrup daxili birləşmə sayılır; Nəticə etibarilə, hər iki şirkət də qaz və boru kəməri şirkəti Energy Transfer Equity-ə aiddir. İki şirkətin birləşməsilə 2019-da illik 200 milyon dollarlıq bir qənaət gözlənilir.
3. BRITISH AMERICAN TOBACCO VƏ REYNOLDS AMERICAN: 58 MİLYARD $
British American Tobacco (BAT) oktyabr ayında etdiyi açıqlamada, Reynolds America-ya tam nəzarət üçün 47 milyard dollar ödəyəcəyini bildirib. BAT onsuz da Reynolds-ın 42%-nə sahib idi. İki şirkətin birləşməsi siqaret istehsalçılarının dünyada bazar payı əldə etmək üçün amansız mübarizə etdikləri bir dövrə təsadüf edir.
2. BAYER VƏ MONSANTO: 66 MİLYARD $
İlin ən böyük ikinci müqaviləsi Almaniyanın əczaçılıq və kimya nəhəngi Bayer tərəfindən elan edilib; Bayer ABŞ-ın toxum və kənd təsərrüfatı kimyəvi maddələri nəhəngi Monsanto-nu satın alacağını açıqlayıb. Birləşmə nəticəsində yaranan şirkət dünyadakı toxum və kənd təsərrüfatı dərman vasitələrinin dörddə birindən çoxunu əlində saxlamış olacaq. Bayer-Monsanto müqaviləsi hələ də qanuni razılıq prosesindədir.
1. AT&T VƏ TIME WARNER: 85,4 MİLYARD $
Bu iki telekommunikasiya nəhənginin birləşməsi ilin ən çox danışılan satınalma və birləşmə razılaşmalarından biri oldu. İki şirkət kabel TV infrastrukturu, genişzolaqlı internet xidmətləri, peyk TV sistemləri və sellülyar rəqəm şəbəkələri, məlumat və əyləncənin istehlakçılara çatdırılması yolları üzərində bənzərsiz bir nəzarətə malikdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinləri istehsalı nəzərdən keçirilib
-
4 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"İranla danışıqlar müsbət nəticələnməsə, İsrail hərbi variantı nəzərdən keçirəcək"
-
4 saat əvvəl
Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Bakı Fond Birjası ilə Pakistan Milli Klirinq Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Gömrük Komitəsinin sədrindən ödənişsiz 300 dollarlıq mal gətirilməsi ilə bağlı açıqlama
"Sahibkarlar günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Azərbaycan ərəblər ilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsünü müzakirə edib
Hazır mənzillər ipoteka imkanı ilə "Park Yasamal"da!






.jpg)







.jpg)










