Ən yuxarı (mobil)_30

455 milyon manatlıq vergi və gömrük ödənişləri bu şirkətlərin və sahibkaların sərəncamlarında qalıb

Sənaye parklarının rezidentləri vergi və gömrük güzəştləri nəticəsində 455 milyon manata yaxın vəsaitə qənaət ediblər
iç səhifə xəbər başlığı altı (mobil)_31
455 milyon manatlıq vergi və gömrük ödənişləri bu şirkətlərin və sahibkaların sərəncamlarında qalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 455 milyon manata yaxın vəsaitə qənaət ediblər.

Bu barədə Marja-ya Agentlikdən bildirilib.

Reklam_3_11

Qeyd edilib ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb.

Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10600-dən çox daimi iş yeri yaradılıb.

Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 690 milyon manata yaxın investisiyanın yatırılması, 5200-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

sənaye parkları
22.08.2023 11:51
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18