Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 mln. kVt·st, yəni 0,3% artaraq 16 323,4 mln. kVt·st olub.
Yeddi ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 14 995,7 mln. kVt·st, SES-lərdə 1 107,4 mln. kVt·st, digər mənbələr üzrə isə 220,3 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 37,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 39,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 652,8 mln. kVt·st (İES-lərdə 13 622,3 mln. kVt·st, SES-lərdə 1 030,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 272,1 mln. kVt·st (İES-lərdə 168,2 mln. kVt·st, SES-lərdə 67,7 mln. kVt·st, Günəş ES-də 36,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 369,6 mln. kVt·st təşkil edib.
2023-cü ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 277,3 mln. kVt·st, idxalı isə 157,6 mln. kVt·st olub.
Qeyd edək ki, cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 415,5 mln. kVt·st olub. İyul ayında elektrik enerjisinin idxalı 19,7 mln. kVt·st, ixrac isə 12,4 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 23 saat əvvəl
-
-
23 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)








.jpg)





