Göygöldə kənd və aqro turizmi üzrə 40 nəfərə təlim keçilib
“Sosial və İqtisadi Rifaha Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsi ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə mövzusu üzrə müsabiqəyə təqdim etdiyi “Göygöl rayonunda kəndturizmi və aqroturizim potensialının dayanıqlı inkişafının təbliği” adlı layihə üzrə qalib elan olunub.
Bu barədə Marja.az-a İctimai Birlikdən məlumat verilib.
Qeyd edilib ki, layihənin məqsədi Göygöl rayonunda kənd və aqro turizminin imkanlarını öyrənmək, yerli əhali arasında kənd və aqro turizminə maraq yaratmaqla ekoloji mühitin qorunmasına töhfə verməklə bərabər, əhalinin maddi rifahının yüksəldilməsinə dəstək göstərmək, ixtisaslı bələdçilərin hazırlanması, turistlərə xidmət göstərəcək sakinlərə müxtəlif istiqamətlərdə təlimlər vermək, regionda fəaliyyət göstərən turizm şirkətlərinin diqqətini kənd və aqro turizminə yönəltməklə, ölkəmizin sürətlə inkişaf edən turizm sahəsinə töhfə verməkdən ibarətdir.
Layihə çərçivəsində 21.07.2023-cü il və 01.08.2023-cü il tarixlərində müstəqil ekspert tərəfindən Göygöl rayonunda kənd və aqro turizmi xidmət sektorunda iştirak edən müxtəlif fərdlərdən ibarət 40 nəfərə təlimlər təşkil olunub.
Təlimlərdə iştirakçıların kənd və aqro turizmi sahəsində maarifləndirilməsi təşkil olunub. İştirakçılar arasında kənd və aqro turizmi sahəsinə maraq yaratmaqla ekologiyanın qorunmasına töhfə verilib. Həmçinin turistləri qəbul etmək, onlara göstərilən xidməti düzgün təşkil etmək, əlavə xidmətlər və turistlərin sakit, rahat istirahətini təmin etmək sahələri üzrə məlumatlar verilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















