Türk lirəsi ilə bağlı bədbin prqonozlar
"Deutsche Bank" 2023-cü ilin sonu üçün ABŞ dolları (USD)/Türk lirəsi (TRY) məzənnəsi üzrə proqnozunu 27 lirədəndən 32 lirəyə yüksəldib. Bank analitikləri 2024-cü ilin sonu üçün Dollar/Türk lirəsi proqnozunu 35 lirə olaraq açıqlayıb.Türkiyədə inflyasiya yenidən yüksəliş trayektoriyasına daxil olduğu üçün iqtisadçılar Türk lirəsi (TL) ilə bağlı proqnozlarını daha bədbinliyə dəyişirlər.
Marja.az xəbər verir ki, Almaniya qurumu olan "Deutsche Bank AG" 2023-cü ilin sonuna USD/TRY (Dollar/Türk Lirəsi) proqnozunu 27 lirə səviyyəsindən 32 lirəyə yüksəldib.
Bankın analitikləri Lirənin daha da ucuzlaşacağını gözləmələri ilə bağlı olaraq "qiymət artımı (inflyasiya) tendensiyasını və siyasətçilərin inflyasiyanın daha dayanıqlı bir yola qaytarılmasında üzləşdikləri çətinlikləri” qeyd ediblər. Analitiklər 2024-cü ilin sonu üçün proqnozlarını USD/TRY 35 lirə olaraq açıqlayıblar.
HSBC də USD/TRY proqnozunu 27 lirədən 29 lirəyə yüksəldib. Bank strateqləri inflyasiya gözləntilərinə istinad edərək 2024-cü il üçün dollar/TL üzrə 32 lirə olaraq təxmin edirlər. Strateqlər xarici ticarət kəsirinin TL üçün də risk yaratdığını bildiriblər.
“Valyuta perspektivində daha narahatedici mənzərə var, çünki güclü turizm gəlirlərinin dəstəyi noyabr ayında azalacaq”, - strateqlər qeyd ediblər.
İstehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) iyul ayında iyun ayı ilə müqayisədə 9,49% artıb. İllik inflyasiya (ötən ilin iyul ayı ilə müqayisədə) 47,83 % təşkil edib.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2023-cü il üçün il sonu inflyasiya proqnozunu 22,3 faizdən 58 faizə qaldırdığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
12 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)







.jpg)






