“Qədim bağ” restoranına ciddi cəza verilə bilər - DÖVLƏT XİDMƏTİ MƏLUMAT YAYDI
Vətəndaşlar şikayət etdi, Vergi yoxladı. “Qədim bağ” restoranının başı dərddə. Əmək müqaviləsi olmadan xidmətlərin yerinə yetirilməsi faktları aşkar edilib.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergidən yayınma hallarının qarşısının alınması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması hallarının aşkarlanması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.
Marja.az Xidmətə istinadən xəbər verir ki, DVX tərəfindən Bakı şəhəri, Bəkir Çobanzadə küçəsi, 306 ünvanında yerləşən “Qədim bağ” restoranında istirahət mərkəzinin fəaliyyəti barədə vətəndaşlardan daxil olmuş şikayət əsasında operativ vergi nəzarəti tədbirləri keçirilib.
Nəzarət tədbiri zamanı obyektdə nəzarət-kassa aparatının (NKA) və Pos-teminalın quraşdırılmadığı, 6 nəfərin əmək müqaviləsi olmadan xidmətlərin yerinə yetirilməsinə cəlb olunması faktları aşkar edilib.
Xidmətin məlumatındaqeyd edili ki, DVX bir sıra obyektlərdə, o cümlədən ictimai iaşə obyektlərində elektron informasiya sisteminə real vaxt rejimində kassa əməliyyatları barədə məlumatları ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı genişmiqyaslı işlər aparır. Yeni nəsil nəzarət-kassa aparatları nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. Onun vasitəsilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində DVX-nin informasiya sistemləri bazasına ötürülməsi təmin edilir. Yeni nəsil NKA ticarət, ictimai iaşə və digər sahələrdə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir və köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Bu üstünlüklərdən biri də tətbiq olunan yeni çek formalarının üzərində məhsulun (xidmətin) adı, sayı və qiymətinin ayrı-ayrılıqda qeyd olunması və bununla da istehlakçıların hüquqlarıın müdafiəsi ilə bağlı geniş imkanların yaradılması ilə bağlıdır.
"Bir daha qeyd edirik ki, sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinn vəzifələrinə aid edilir. Həmçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq, əmək müqavilələrinin bağlanmasının təmin edilməsi, əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı NKA-dan istifadə də vergi ödəyicisinin vəzifəsidir və bu tələblərin pozulmasına görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 9 d. əvvəl
-
- 47 d. əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
16 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 16 saat əvvəl
-
17 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
17 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"



















