Avropa Qızlar İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru
Azercell ilə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı sayəsində Beynəlxalq Olimpiadada ölkəni təmsil edən məktəbli qızlarımız vətənə medallarla dönüblər
(®) İsveçdə təşkil olunan Avropa Qızlar İnformatika Olimpiadasında “Azercell Telekom”un dəstəyi ilə təmsil olunan Azərbaycan komandası uğurlu nəticələr əldə edib. Qızlar üçün nəzərdə tutulmuş proqramlaşdırma müsabiqəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) qızıl medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə gümüş medal qazanıblar.
50-dən çox ölkədən 200-ə yaxın məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 şagird ilə təmsil olunub. Müsabiqənin şərtlərinə əsasən gənc iştirakçılar təqdim olunan tapşırıqları həll etmək üçün effektiv alqoritmlər hazırlayaraq uğurlu nəticə nümayiş etdirməyə çalışıblar.
Qeyd edək ki, “Azercell Telekom” 2017-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəblilərin informatika üzrə beynəlxalq yarışlara hazırlıq prosesində iştirak edir. Ölkənin lider mobil operatoru İnformasiya Texnologiyaları sahəsi üzrə təhsilə dəstək, xüsusən də qızların informatika fənninə marağın artırılması, onların İKT sahəsində gələcək mütəxəssis kimi yetişdirilməsi istiqamətində mütəmadi olaraq layihələr həyata keçirir.
Azercell olimpiadaçı qızlarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayır!
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
16 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
3 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
4 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
4 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
