Avrozona iqtisadiyyatı gözləniləndən daha çox artıb
Avrozona iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb. Proqnoz 0,2 faiz idi.Avropa Statistika Agentliyi (Eurostat) xəbər verir ki, 2023-cü ilin ikinci rübündə Avrozonanın 20 ölkəsinin cəmi ümumi daxili məhsulu (ÜDM), ilkin hesablamalara görə, illik müqayisədə 0,6%, rüblük müqayisədə isə 0,3% artıb. Analitiklər müvafiq olaraq 0,5% və 0,2% rəqəmləri gözləyirdilər.
Marja xəbər verir ki, illik müqayisdə birinci rübdə avrozonada ÜDM artımı 1,1% təşkil etmişdi, rüblük müqayisədə isə sıfır tendensiya müşahidə olunmuşdu.
Öz növbəsində, ikinci rübdə Avropa İttifaqının (Aİ) 27 ölkəsinin cəmi ÜDM-i illik müqayisədə 0,5% artıb və rüblük müqayisədə sıfır dinamika nümayiş etdirib. Birinci rübdə ÜDM illik müqayisədə 1,1%, rüblük müqayisədə isə 0,2% artmışdı.
İyul ayında Avro Bölgəsində inflyasiya azalsa da, artım məlumatları iqtisadi aktivliyin bərpa olunduğunu göstərib.
Bu gün açıqlanan məlumatlara görə, istehlak qiymətləri indeksi (inflyasiya indeksi) iyul ayında illik müqayisədə 5,5%-dən 5,3%-ə geriləyib. Proqnoz 5,4% idi. Aylıq istiqamətdə indeks mənfi 0,1% olub. Qiymətlər əvvəlki rübdə aylıq 0,3% artmışdı.
Baza inflyasiya aylıq 0,1 faiz azalsa da, illik müqayisədə 5,5 faiz səviyyəsində dəyişməz qalıb.
Yüksək enerji xərcləri qiymət təzyiqlərini artırsa da, son aylarda ərzaq qiymətlərindəki artım da inflyasiyanın yüksəlməsinə təsir göstərmişdi.
Keçən ildən inflyasiyanı cilovlamaq üçün kəskin faiz artımları edən Avropa Mərkəzi Bankı, 2021-ci ilin iyul ayından etibarən 9-cu dəfə faiz dərəcələrini artırıb və keçən həftə depozit faizini 3,75%-ə qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)











.jpg)




