FED faiz qərarını açıqladı
Keçən ay faiz artırmağa fasilə verən ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) iyul iclasında proqnozlara uyğun olaraq faizini 25 faiz bəndi də artırıb. Beləliklə, faiz dərəcələri 2022-ci ildən bəri 11-ci dəfə artırılaraq son 22 ilin ən yüksək səviyyəsinə çatıb.ABŞ Mərkəzi Bankı (FED) növbəti faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED gözlənildiyi kimi faizlərini 0,25 faiz bəndi də artıraraq 5,25% - 5,50% aralığına çatdırıb.
FED inflyasiya ilə mübarizə çərçivəsində faizlərini artırıb. Beləliklə, faiz dərəcələri 2001-ci ilin yanvarından bəri (son 22 ildə) ən yüksək səviyyəyə qalxıb.
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar da 0,25 bəndlik artım gözləyirdilər.
FED yaydığı press-relidə inflyasiyanın azaldılması məqsədilə əlavə sərtləşdirmə tədbirinin qiymətləndiriləcəyi bildirilib.
"Gələcək addımlar artırılan faizlərin təsirindən, iqtisadi və maliyyə proseslərindən asılı olacaq", - press-relizdə deyilir.
İnflyasiyanın yüksək qalmaqda davam etdiyi bildirilib və “Son göstəricilər iqtisadi aktivliyin mülayim genişlənməsinə işarə edir” kimi qiymətləndirmə aparılıb.
Rəsmilər inflyasiyanı 2 faizlik hədəfə qaytarmaq əzmində olduqlarını bir daha bəyan ediblər.
Bir daha vurğulanıb ki, ABŞ bank sistemi möhkəm və dayanıqlıdır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
26 d. əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
-
3 saat əvvəl
"Alatava - Avtonəqliyyat" QSC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
4 saat əvvəl
Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır!
-
4 saat əvvəl
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
Ən çox oxunanlar
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək
NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib







.jpg)







.jpg)









