"Muğanbank"ın son maliyyə vəziyyəti məlum oldu
"Muğanbank" ASC 2023-cü ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Muğanbank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 2 milyon 174 min manat və ya 11,7% artaraq 20 milyon 785 min manat, qeyri-faiz gəlirləri isə 7 milyon 619 min manat və ya 35,2% azalaraq 14 milyon 9 min manat təşkil edib.
2023-cü ilin birinci yarısında "Muğanbank"ın cəmi əməliyyat gəlirləri 34 milyon 794 min manat, cəmi əməliyyat xərcləri 36 milyon 88 min manat təşkil edib. Eyni zamanda, Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 1 milyon 44 min manat ayırıb.
30 İyun 2023-cü il tarixində "Muğanbank" 721 milyon 860 min manat cəmi aktivlərə (o cümlədən 454 milyon 132 min manat kredit portfelinə), 393 milyon 826 min manat depozit portflinə malik olub. Ötən ilin sonu ilə müqayisədə Bankın istehlak kreditləri portfeli 892 min manat artaraq 45 milyon 479 min manata, ipoteka kreditləri portfeli isə 25 milyon 19 min manat artaraq 139 milyon 68 min manata çatıb.
30 İyun 2023-cü il tarixində "Muğanbank" ASC 141 milyon 188 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
-
19 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
41 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















