NEQSOL Holding L.E.A.P. adlı istedadların idarə edilməsi qlobal proqramına start verib - FOTOLAR
(®) NEQSOL Holding Leadership Excellence and Acceleration Program (L.E.A.P.) adlanan istedadların idarə edilməsi eksklüziv qlobal proqramına start verib. L.E.A.P. holdinqin gələcək inkişafını təmin edəcək yüksək ixtisaslı istedad fondu yaratmağı hədəfləyir.
L.E.A.P. fərdi və qrup ehtiyaclarını nəzərə alaraq dünyanın aparıcı universitetləri, biznes məktəbləri və peşəkar xidmət şirkətləri ilə əməkdaşlıq çərçivəsində hazırlanmış unikal inkişaf proqramıdır. Proqramın strateji təhsil tərəfdaşı – liderlik, idarəetmə təlimi və tədqiqat sahəsində təcrübəsi ilə tanınan nüfuzlu SDA Bocconi Menecment Məktəbidir.
SDA Bocconi Menecment Məktəbi ilə yanaşı, L.E.A.P. çərçivəsində aparıcı kouçinq texnologiyası təminatçısı olan SparkUs şirkəti, eləcə də idarəetmə və biznes təcrübələri sahəsində fəaliyyət göstərən MIT Sloan Management Review nüfuzlu akademik jurnalı və veb-saytı ilə əməkdaşlıq qurulub.
L.E.A.P. çərçivəsində 60 iştirakçı Bakı və Milan şəhərlərində kompleks inkişaf proqramlarına qatılaraq fərdi kouçinq və mentorluq, potensialın sürətli inkişafı, rotasiya və liderlik inkişafı təlimlərində iştirak edəcək.
SDA Bocconi Menecment Məktəbinin tərtib etdiyi bir illik İstedadların Sürətli İnkişaf Proqramı iştirakçılara bacarıqlarını, biliklərini və liderlik potensiallarını inkişaf etdirmək üçün geniş imkanlar verəcək.
İnkişaf proqramlarının başlanmasını qeyd etmək üçün NEQSOL Holding, şirkətlər qrupunun müxtəlif bölmələrindən seçilmiş iştirakçıları bir araya gətirən açılış tədbiri təşkil edib. Tədbir, əməkdaşların L.E.A.P. strukturu və məqsədləri haqqında məlumat əldə etmək, əlaqələri gücləndirmək və iştirakçılar arasında əməkdaşlığı təşviq etmək üçün imkan yaradıb.
NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 14 d. əvvəl
- 38 d. əvvəl
-
47 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
51 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)













.jpg)


